Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda altı dost gecə dəhşət yaşadı - FOTO

17.09.2026 11:43 408
Bakıda altı dost gecə dəhşət yaşadı - FOTO
Bu ilin fevral ayında paytaxtın Yasamal rayonu ərazisində baş vermiş ağır avtomobil qəzası ilə bağlı məhkəmə prosesi yekunlaşıb.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində 22 yaşlı Əli Məmmədova hökm oxunub.

Məlum olub ki, hadisə gecə saat 04:20-də Kənar Dairəvi Yolun Yasamal rayonundan keçən hissəsində - üzü Lökbatan qəsəbəsi istiqamətində baş verib.

Həmin gecə Əli Murad, Cəfər və digər 3 dostu ilə evə qayıdırmış. "Khazar" markalı maşın Cəfərə məxsus olsa da, aralarında yeganə ayıq olan Əli sükan arxasına keçib. Lakin döngələrin birində o, idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı yük avtomobilinə çırpılıb.

Nəticədə, 21 yaşlı Murad Məhərrəmov həlak olub, dostlardan daha biri isə ağır xəsarət alıb. M.Məhərrəmov bərbər kimi fəaliyyət göstərirmiş. O, ailədə 4 qardaşın ən kiçiyi olub.

Məhkəmədə mərhumun ailəsi, eləcə də digər zərərçəkən şəxs Əlidən şikayətçi olmayıb.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə Əliyə 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Onun iki il müddətə sürücülük hüququ da məhdudlaşdırılıb və cəzasını məntəqə tipli müəssisədə çəkməsi bildirilib.



Son xəbərlər