Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Professor Nizaməddin Şəmsizadə vəfat edib

24.02.2025 11:37 858
Professor Nizaməddin Şəmsizadə vəfat edib
Professor Nizaməddin Şəmsizadə 70 yaşında vəfat edib.

Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Qeyd edək ki, N.Şəmsizadə bir müddət əvvəl Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinə hospitalizasiya olunmuşdu. Həkimlər ona sepsis diaqnozu qoymuşdular. O, yanvar ayının 23-dən etibarən süni nəfəs aparatına qoşulmuşdu.

Qeyd edək ki, Nizaməddin Şəmsizadə 1954-cü ildə Qubanın İspik kəndində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirərək 1982-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib.

N.Şəmsizadə 10-dan çox monoqrafiyanın, bir sıra hekayə, şeir və esselər kitablarının, 250-dən çox ədəbi-tənqidi, elmi-nəzəri və fəlsəfi-publisistik məqalənin, eləcə də ölkənin ali məktəblərində tədris olunan "Ədəbiyyat nəzəriyyəsi" adlı fundamental dərsliyin müəllifidir. O, elmi xidmətlərinə görə akademik Y.Məmmədəliyev mükafatının laureatıdır.

Prezident İlham Əliyevin Sərəncamı ilə Nizaməddin Şəmsizadə "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" kitabına görə Dövlət Mükafatına layiq görüb. 2019-cu ildə isə ölkə başçısının müvafiq sərəncamına əsasən, Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.скачать dle 11.3
Mojo.az Banner