Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın keçmiş səfiri seksual hərəkətlərə görə Britaniyada HƏBS OLUNDU

14.02.2025 15:55 1 977
Azərbaycanın keçmiş səfiri seksual hərəkətlərə görə Britaniyada HƏBS OLUNDU
Azərbaycanın Britaniyadakı keçmiş səfiri Rafael İbrahimov Çeşirdə (Britaniyanın şimal qərbində yerlən Çeşir qraflığı - red.) reabilitasiya klinikasının üç qadın əməkdaşına qarşı seksual hərəkətlər etməkdə ittiham olunub.

Bu barədə Londonun "Northwhitch Guardian" nəşri məlumat yayıb.

Həmin məlumatda qeyd olunur ki, keçmiş səfir Çeşirdəki reabilitasiya klinikasında yuxu dərmanlarından asılılıqdan müalicə olunub.

Rafael İbrahimov 2023-cü il dekabrın 5-də sərxoş vəziyyətdə klinikaya gedib, nalayiq ifadələrdən istifadə edib və özünü aqressiv aparıb.

Prokuror Coşua Qorst bildirib ki, R.İbrahimov klinikanın üç qadın əməkdaşına qarşı seksual xarakterli hərəkətlər edib.

Norveç və İsveçdə də səfir vəzifəsində çalışmış Rafael İbrahimov ona qarşı irəli sürülən cinayət işinin beş bəndi üzrə təqsirini etiraf edib.

Nəticədə hakim Rafael İbrahimovu iki il şərti olmaqla 16 ay həbs cəzasına məhkum edib. Üstəlik, R.İbrahimovun adı 10 il müddətində seksual cinayətlər törətmiş şəxslərin siyahısında olacaq.

Xatırladaq ki, Rafael İbrahimov 2014-cü ildə səfir vəzifəsindən geri çağırıldıqdan sonra Bakıya qayıtmaqdan imtina edib və o zamandan etibarən Londonda yaşayıb.скачать dle 11.3
Mojo.az Banner