Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Tacikistanın keçmiş xarici işlər nazirinə həbs cəzası verildi

13.02.2025 15:34 1 089
Tacikistanın keçmiş xarici işlər nazirinə həbs cəzası verildi
Tacikistanda dövlət çevrilişinə cəhddə ittiham olunan keçmiş xarici işlər naziri Xamroxon Zarifi və bir sıra digər siyasətçilər məhkəmənin hökmü ilə 18 ildən 27 ilədək müddətə azadlıqdan məhrum ediliblər.

Median.Az
-ın TASS-a istinadən xəbərinə görə, bu məlumatı Tacikistan Ali Məhkəməsi sədrinin birinci müavini Şavkat Lutfullozoda keçirdiyi mətbuat konfransında təsdiqləyib.

O, müvafiq suala cavabında bildirib ki, Tacikistan Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri, eləcə də parlamentin keçmiş deputatı və Tacikistan Demokratik Partiyasının sədri Səidcəfər Usmonzoda 27 il, Demokratlar Partiyasının keçmiş sədr müavini, jurnalist Axmadşox Komilzoda 18 il, Tacikistanın Sosial-Demokrat Partiyasının sədri, hüquqşünas Şokircon Xakimov 18 il müddətinə azadlıqdan məhrum ediliblər.

Bu işlə bağlı daha bir fiqurant - 1991-1992-ci illərdə ölkə prezidenti səlahiyyətlərini icra edən Tacikistan Ali Şurasının keçmiş sədri Akbarşo İskandarov da 18 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət çevrilişi işində, həmçinin təhlükəsizlik orqanının keçmiş işçisi Nuramin Qanizoda və respublikanın Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı Abdulfaiz Atoi də iştirak edib. Onlara da müvafiq olaraq 18 və 17 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Bundan başqa, Şokircon Xakimovun qardaşı qızı, jurnalist Ruxşona Xakimova da məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Onlar dövlətə xəyanət və bir sıra digər ittihamlar üzrə cəza alıblar.скачать dle 11.3
Mojo.az Banner