Qəzzada ölənlərin sayı 62 min nəfərə yaxınlaşır
Bu barədə Median.Az “Al Jazeera”yə istinadən xəbər verir.
Məlumata görə, ölənlərin sayı 61 709 nəfərə çatıb, bir neçə min nəfər itkin düşmüş hesab olunur.
Ölənlər arasında 17 881 uşaq, o cümlədən 214 yeni doğulmuş körpə var.
Yenilənmiş məlumatlar İsrail ilə HƏMAS arasında 15 aylıq münaqişədən sonra döyüş əməliyyatlarını müvəqqəti dayandıran atəşkəs fonunda açıqlanıb.