Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

BƏƏ Durovla bağlı Fransaya çağırış etdi: Təcili tələblərini irəli sürdü

27.08.2024 11:41 1 161
BƏƏ Durovla bağlı Fransaya çağırış etdi: Təcili tələblərini irəli sürdü
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Parisdə saxlanılan "Telegram"ın təsisçisi Pavel Durova bütün zəruri konsulluq xidmətlərindən istifadə imkanı verilməsini Fransadan tələb edib.

Median.Az
-ın RBC.ru-ya istinadən xəbərinə görə, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətindən məlumat verilib.

BƏƏ XİN-dən qeyd edilib ki, Əbu-Dabi Durovun işini diqqətlə izləməyə davam edir.

"Birləşmiş Ərəb Əmirlikləri Fransa hökumətinə onu (Durovu - red.) təcili olaraq bütün zəruri konsulluq xidmətləri ilə təmin etmək tələbini təqdim edib", - deyə məlumatda bildirilib.

Nazirlik, həmçinin vurğulayıb ki, vətəndaşların qayğısına qalmaq və onların maraqlarının mühafizəsi BƏƏ üçün əsas prioritetdir.

Xatırladaq ki, Pavel Durova qarşı cinayət işi iyulun 8-də açılıb və o, 12 cinayətdə ittiham olunur. Avqustun 24-də Parisin Le-Burje hava limanında saxlanılan iş adamı hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina etməkdə, yetkinlik yaşına çatmayanların pornoqrafik şəkillərinin saxlanmasında və yayılmasında, narkotik vasitələrin əldə edilməsində, satışı və ya ötürülməsində iştirakda, dələduzluqda iştirakda ittiham olunur.скачать dle 11.3
Mojo.az Banner