Mojo.az Banner
19:15 Yardımlıda 8 kq narkotik vasitə aşkarlandı - VİDEO  |     19:10 1200 yaşı olan qəbiristanlığı dağıtdılar - VİDEO  |     19:03 Məşhur bloqer yol qəzasında öldü  |     18:59 ABŞ-də dövlət istiqrazlarının gəlirliliyi son 20 ildə ən yüksək həddə çatıb  |     18:57 Sabah 35° isti olacaq  |     18:46 Sinifdə elektron siqaret çəkənlər bu məktəbin şagirdləri imiş - VİDEO (YENİLƏNİB)  |     18:38 Paytaxtın hazırda hansı küçələrində sıxlıq var?  |     18:35 Yardımlı İcra Hakimiyyətində əməliyyat: HƏBS OLUNANLAR VAR  |     17:59 Ukraynada gərginlik: Ali Rada baş prokuroru vəzifədən azad etdi  |     17:57 Xırdalanda qumbara partladı, 19 yaşlı qız öldü - VİDEO  |     16:52 Qızla birlikdə Naxçıvandan Bakıya qaçmaq istəyən tələbə aeroportda tutuldu  |     16:35 Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi  |     16:04 KASKO seçərkən bu səhvi etməyin: Sonradan peşman ola bilərsiniz  |     15:50 Azərbaycandan Ermənistana ixracın həcmi AÇIQLANDI  |     15:32 Reper Navai yenidən məhkəməyə veridi  |     15:27 İnterneti kəsilənlərin NƏRƏZİNƏ - Pulunuzu geri ala bilərsiniz  |     15:16 Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     13:56 İşsiz qaldınızsa, bu qayda dəyişə bilər: Yeni TƏKLİF gündəmdə  |    
Mojo.az Avto
Mojo.az Avto

İran ABŞ və Avropa ilə münasibətlərdəki gərginliyin azalmasını istəyir

22.08.2024 21:07 1 233
İran ABŞ və Avropa ilə münasibətlərdəki gərginliyin azalmasını istəyir
İran ABŞ və Avropa ölkələri ilə münasibətlərdəki gərginliyi azaltmağı hədəfləyir, lakin qarşı tərəfin sanksiyaları aradan qaldıracağını və nüvə sazişini bərpa edəcəyini gözləyir.

Median.Az xəbər verir ki, bu barədə İranın yeni xarici işlər naziri Abbas Əraqçi “Kyodo” agentliyinə müsahibəsində bildirib.

“Parlamentdəki çıxışımda vurğuladım ki, ölkənin fundamental prinsiplərinə hörmətlə yanaşılmaqla, ciddi, məqsədyönlü və zaman məhdudiyyətli danışıqlarla sanksiyaların, xüsusən də birtərəfli sanksiyaların ləğvinə nail olmaq çox vacibdir”, - o deyib.

Bu, İranın yeni XİN başçısının avqustun 21-də ölkə parlamentinin təsdiqi ilə bu vəzifəyə rəsmi təyin olunmasından sonra xarici mətbuata ilk müsahibəsidir.
Diplomat qeyd edib ki, onun rəhbərliyi altında İran XİN Vaşinqtonla gərginliyi azaltmağa və Avropa ilə əlaqələri bərpa etməyə çalışacaq, onların qarşılıqlı fəaliyyətdə “düşmən mövqe” tutmayacaqları halda isə nüvə sazişini bərpa etməyə və sanksiyaları ləğv etməyə çalışacaqlar.

Qeyd edək ki, A.Əraqçinin ilk olaraq Yaponiya agentliyinə müsahibə verməsi təsadüfi deyil. O, 2008-2011-ci illərdə İranın Yaponiyadakı səfiri vəzifəsində çalışıb.скачать dle 11.3
Mojo.az Banner