Mojo.az Banner
20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |     20:48 Kartdan-karta köçürmələrə qoyulan limit ləğv edilir?  |     20:40 "Meta" "Instagram", "Facebook" və "WhatsApp" üçün vahid abunə xidmətini təqdim etdi  |     20:35 Masajçı "fizioterapevt" kimi işlədildi - "Ecegen Med Klinika" cərimələndi  |     20:28 "iPhone 18 Pro" fotoların orijinallığını yoxlamağa imkan verəcək  |     20:23 Yuxusuz gecələrin görünməyən təhlükəsi: Orqanizmdə nə baş verir? - Nevroloq  |     20:15 Binədə qaz sayğacı vədi ilə 56 min manatlıq dələduzluq - 2 il həbs  |     20:10 Havanın çirklənməsi psixi sağlamlığımıza və intihar riskinə necə təsir edir?  |     19:55 Mingəçevir xəstəxanasında oğurluq: Palata yoldaşının kartını götürüb marketlərdə xərclədi  |     19:50 Bir ailə qorxu içində: "Burada necə yaşadığımızı bir Allah bilir" (VİDEO)  |     19:41 "Anthropic" və "OpenAI"dan Al təhlükəsi xəbərdarlığı: Bu, bəşəriyyəti xilas edə bilər  |     19:36 Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslər təşkil ediləcək  |     19:28 Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Deputatdan təklif  |     19:23 Bu şəxslərin Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşdi  |     19:14 “Trabzonspor”un baş məşqçisi təyin olundu  |     19:09 Sudanda qızıl mədəni çökdü, 60 nəfər öldü  |     19:01 Sabah 35 dərəcə isti olacaq  |     18:55 Azərbaycan Bolqarıstandan "Premium" benzin idxalını 20 dəfə artırıb  |     18:46 Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanıldı  |     18:41 Məkkə səmasında PUA məhv edildi - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı metrosu köhnə qatarlardan nə vaxt azad olacaq? - VİDEO

22.08.2024 12:36 1 665
Bakı metrosu köhnə qatarlardan nə vaxt azad olacaq? - VİDEO
İctimai nəqliyyatda gediş haqlarının artırılması ilə vətəndaşlar keyfiyyətin də artacağına ümid edirdilər. Lakin hələ də Bakı Metropolitenində köhnə vaqonlardan istifadə olunur.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hazırda hər üç xəttə xidmət göstərən 61 qatar mövcuddur. Yaxın vaxtlarda vaqon parkının genişləndirilməsi üçün yeni qatarların gətirilməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, artıq bu qatarlardan ikisi Bakıya çatdırılıb. B.Məmmədov həmçinin qeyd edib ki, qatarlar arasında intervalın çox olması texniki tələblərə uyğunlaşdırılır. Yəni, qış rejimində sıx intervallar tətbiq edildiyi halda yay rejimində sərnişinlərin hərəkət qrafiki ilə tənzimlənir. Tədris ili başladığı zaman isə qatarlar arasında minimum interval tətbiq edilir.

Qurum rəsmisi əlavə edib ki, köhnə qatarlara kondisionerlərin quraşdırılması texniki baxımdan mümkün deyil. Bunun səbəbi, vaqonun hər iki istiqamətində soyuducu çənlərin və elektrik xətlərinin quraşdırılması üçün uyğun təchizat qurğularının olmamasıdır.

Ətraflı "Xəzər Xəbər"in süjetində:
скачать dle 11.3
Mojo.az Banner