Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Masajçı "fizioterapevt" kimi işlədildi - "Ecegen Med Klinika" cərimələndi

16.09.2026 20:35 384
Masajçı
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Səhiyyə Nazirliyinin tabeliyində olan “VEANAS” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid “Ecegen Med Klinika”da planlı (növbəti) yoxlama aparıb.

Qaynarinfo-nun məlumatına görə, yoxlama zamanı aşkarlanan pozuntularla bağlı “Ecegen Med Klinika” barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 215.4-cü maddəsi (qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması) ilə protokol tərtib edilib.

2026-cı il tarixli planlı (növbəti) yoxlama aktına əsasən, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs — Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus klinikada yoxlama zamanı sertifikatsız, ali və ya orta ixtisas tibb təhsili olmayan masajçı Şahidin əmək müqaviləsi ilə “fizioterapevt” işi üzrə tibb fəaliyyətini (masaj prosedurları) həyata keçirdiyi faktı aşkar edilib.

Məhkəmənin qərarı ilə “Ecegen Med Klinika” İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6000 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan “VEANAS” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Əhmədov Faxrəddin Mehdi oğludur.

Son xəbərlər