Sudanda qızıl mədəni çökdü, 60 nəfər öldü
"Unikal" “əl-Ərəbiyyə” telekanalına istinadən xəbər verir ki, bu barədə hadisədən sağ çıxan 2 nəfər “France Press” agentliyinə məlumat verib.
Hadisə Qərbi Kordofan əyalətinin ən-Nuhud şəhəri yaxınlığındakı əz-Zəra qızıl mədənində baş verib. Xilasedicilər 60 nəfərin meyitini dağıntıların altından çıxarıblar.