Məkkə səmasında PUA məhv edildi - VİDEO
Bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası məlumat yayıb.
Ərəb Koalisiyasının sözçüsü briqada generalı Turki əl-Maliki bildirib ki, Səudiyyə Ərəbistanı Kral Hava Hücumundan Müdafiə Qüvvələri Məkkənin cənubunda husilərə məxsus pilotsuz təyyarəni şəhər üzərindəki məhdud hava məkanına girməzdən əvvəl aşkar edərək məhv edib.
Husilər Səudiyyə Ərəbistanındakı müqəddəs yerlərin, xüsusən də Məkkənin Yəməndən gələn təhlükə ilə hədəf alındığı iddialarını təkzib ediblər.
//unikal.az