Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:06 Qubada sərxoş kişi qəbiristanlıqda öldü | 12:04 Büdcədən Azərbaycan kinosuna milyonlarla manat ayrılır | 11:59 Azərbaycanda idmana 35 milyon manatdan çox pul xərclənəcək | 11:41 Zidan "Yuventus"da işləməyə razıdır | 11:33 Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO | 11:17 Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - Foto | 11:13 Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları | 11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib | 11:03 General Natiq Əliyevin qızı saxlanıldı | 22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Deputatdan təklif

16.09.2026 19:28 318
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Deputatdan təklif
"Biz bilirik ki, müharibələr permanentdir, davam edir, bu gün də, sabah da davam edəcək. Ona görə biz bunları fərqləndiririk informasiya müharibəsi, hibrid müharibə və s. Bir də tiryək müharibəsi var. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə və müvafiq digər bütün qurumlara təşəkkür edirəm ki, sərhədlərimizdən narkotik vasitələrin keçirilməsinin qarşısını alırlar və onların müsadirə edildiyini görürük".

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında deputat Hikmət Məmmədov deyib. O bildirib ki, narkotacirlərə qarşı mübarizə aparmaq üçün daha sərt qanunlar qəbul edilə bilər:

"Biz narkotik daşıyan vasitələrin dövlət büdcəsi leyhinə müsadirə olunması ilə bağlı ayrıca bir qanun qəbul edə bilərik. Bahalı yükdaşıyan nəqliyyat vasitələrinin yük yerlərində xüsusi olaraq ayrıca yerlər düzəldilir və orada yüz kiloqramlarla narkotik çıxır. Həmin avtomobili idarə edən sürücü, o nəqliyyat vasitəsinin sahibi də məsuliyyət hiss etməlidir ki, əgər mənim nəqliyyat vasitəm narkoticarətə vasitə olursa, mən onu itirə bilərəm. Belə olanda daha çəkindirici qanun qəbul etmiş ola bilərik. Biz hələlik genofondumuzu sıradan çıxardan, bizə qarşı tiryək müharibəsi elan edən ölkələrlə elə narkokuryerlər səviyyəsində mübarizə aparırıq. Məncə, burada bir mərhələ daha yuxarı qalxmalıyıq. Artıq narkobaronlarla mübarizə aparmalıyıq".
//unikal.az

Son xəbərlər