Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

KİV: ABŞ İrana 10 "Mossad" əməkdaşını təhvil verib

15.08.2024 13:42 1 221
KİV: ABŞ İrana 10
ABŞ təhlükəsizlik xidmətinin yüksəksəviyyəli nümayəndə heyəti Omanın vasitəçiliyi ilə gizli şəkildə Tehrana səfər edib.

Bu barədə informasiyanı Küveytin "Al Jarida" qəzeti yayıb

Mənbə iddia edir ki, nümayəndə heyətinin əsas məqsədi İsmayıl Haniyənin öldürülməsindən sonra bölgədə İranla İsrail arasında yaranmış gərginliyi azaltmaq olub.

Oxşar iddia ilə "Fox News" də çıxış edib.

Agentliyin dərc etdiyi xəbərdə iddia olunur ki, ABŞ-ni təmsil edən heyət Türkiyə üzərindən İrana yollanıb və İran rəsmiləri ilə ikisaatlıq görüş keçiriblər.

İddia olunur ki, ABŞ nümayəndə heyəti HƏMAS liderinin qətlində birbaşa və ya dolayısı ilə əli olan və hazırda İranda fəaliyyət göstərən 10 "Mossad" agentinin adını Tehrana təhvil verib.

Mənbə iddia edir ki, ABŞ bu addımı ilə İrana "xoşməramlı" jest edib və Tehranı əmin etməyə çalışıb ki, İsrailin həyata keçirdiyi əməliyyat ştatlarla koordinasiya olunmayıb.скачать dle 11.3
Mojo.az Banner