Azərbaycanda daha 31 nəfər koronavirusdan öldü - FOTO
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 534 748 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 497 363 nəfər müalicə olunaraq sağalıb, 7 132 nəfər vəfat edib, aktiv xəstə sayı 30 253 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 889, ötən müddət ərzində isə ümumilikdə 5 214 586 test aparılıb.