Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Quraşdırılan kombini bəyənməyən şəxs polisə oğurlanması barədə yalan məlumat verdi

07.10.2021 17:18 1 593
Quraşdırılan kombini bəyənməyən şəxs polisə oğurlanması barədə yalan məlumat verdi
Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsində yaşayan vətəndaş kombi aparatının oğurlanması barədə məlumat verib.

O, oğurluq barədə Laçın Rayon Polis Şöbəsinə məlumat verdiyi üçün 100 manat cərimələndiyini iddia edib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, vətəndaşın iddiaları həqiqəti əks etdirmir:

“Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsində yaşayan Azər Haqverdiyevin kombinin oğurlanması ilə bağlı etdiyi müraciət əsasında Laçın Rayon Polis Şöbəsində araşdırma aparılıb. Məlum olub ki, vətəndaş quraşdırılan kombinin elektron funksiyasından və markasından xoşu gəlmədiyi üçün oğurlanması barədə polisə məlumat verib. Aparılan araşdırmalarla məlumatın yalan olduğu sübuta yetirildiyi üçün A.Haqverdiyev İnzibati Xətalar Məcəlləsinin 564-cü (Bilə-bilə yalandan ixtisaslaşdırılmış xidmətləri çağırma) maddəsinə uyğun olaraq, barəsində 100 manat inzibati tənbeh tədbiri tətbiq olunub”.

Qeyd edək ki, Laçın rayonundan olan bir sıra məcburi köçkünlər kimi A.Haqverdiyev də Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində məskunlaşıb. Həmin vətəndaşın evi də dövlət tərəfindən tikilib və qeyd olunan kombi aparatı da dövlət tərəfindən verilib.

//Lent.azскачать dle 11.3
Mojo.az Banner