Mojo.az Banner
21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |     20:48 Kartdan-karta köçürmələrə qoyulan limit ləğv edilir?  |     20:40 "Meta" "Instagram", "Facebook" və "WhatsApp" üçün vahid abunə xidmətini təqdim etdi  |     20:35 Masajçı "fizioterapevt" kimi işlədildi - "Ecegen Med Klinika" cərimələndi  |     20:28 "iPhone 18 Pro" fotoların orijinallığını yoxlamağa imkan verəcək  |     20:23 Yuxusuz gecələrin görünməyən təhlükəsi: Orqanizmdə nə baş verir? - Nevroloq  |     20:15 Binədə qaz sayğacı vədi ilə 56 min manatlıq dələduzluq - 2 il həbs  |     20:10 Havanın çirklənməsi psixi sağlamlığımıza və intihar riskinə necə təsir edir?  |     19:55 Mingəçevir xəstəxanasında oğurluq: Palata yoldaşının kartını götürüb marketlərdə xərclədi  |     19:50 Bir ailə qorxu içində: "Burada necə yaşadığımızı bir Allah bilir" (VİDEO)  |     19:41 "Anthropic" və "OpenAI"dan Al təhlükəsi xəbərdarlığı: Bu, bəşəriyyəti xilas edə bilər  |     19:36 Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslər təşkil ediləcək  |     19:28 Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Deputatdan təklif  |     19:23 Bu şəxslərin Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşdi  |     19:14 “Trabzonspor”un baş məşqçisi təyin olundu  |     19:09 Sudanda qızıl mədəni çökdü, 60 nəfər öldü  |     19:01 Sabah 35 dərəcə isti olacaq  |     18:55 Azərbaycan Bolqarıstandan "Premium" benzin idxalını 20 dəfə artırıb  |     18:46 Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Aleksandr Sıtin: “Rusiyada Azərbaycanın münaqişəni hərbi yolla həll etməyə hazır olduğunu anlamırdılar”

28.09.2021 13:19 1 704
Aleksandr Sıtin: “Rusiyada Azərbaycanın münaqişəni hərbi yolla həll etməyə hazır olduğunu anlamırdılar”
Qarabağda Vətən Müharibəsi başlayandan sonra ermənipərəst mütəxəssislərin say üstünlüyünə malik olduğu Rusiyanın siyasi tok-şoularında mübahisələr başladı. Onlar müharibənin son gününə qədər adı və açıqlamaları artıq internetdə “mem”ə çevrilmiş Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan üslubunda danışdılar.

Buna baxmayaraq, vəziyyəti obyektiv dəyərləndirməyə çalışan ekspertlər də oldu. Onlardan biri də rusiyalı politoloq və publisist, Şimali və Şərqi Avropa ölkələri üzrə Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, tarix elmləri namizədi Aleksandr Sıtindir.

Bu gün Aleksandr Sıtin Oxu.Az üçün Vətən müharibəsinin yekunlarını şərh edib.

- Yenidən, o cümlədən sizin də iştirakınızla bir çox tok-şoulara baxdım. Bir daha aparıcıların müharibə bitməmişdən əvvəl, bitdiyi gün və sonrasında dediklərinə heyrətləndim. Onlar sadəcə olaraq Azərbaycanın qələbəsinə inanmaqdan imtina edirdilər. Bir il əvvəl baş verənlərə öz qiymətinizi verin.

- Bir müddət əvvəl Azərbaycanda milli ruhun yüksəlişi və Azərbaycan ordusunun imkanlarına heyran qalmış avropalı analitiklərdən biri ilə danışdım. Onun sözlərinə görə, Avropada da bu gözlənilmirdi. Rusiyada da azərbaycanlıların münaqişəni hərbi yolla həll etməyə hazır olduqları barədə heç bir anlayış yox idi. Bu baxımdan, Azərbaycan mən də daxil olmaqla bir çoxlarını yaxşı mənada təəccübləndirdi.

- Sizcə, keçən ilki müharibənin yekunlarına görə fayda qazanan kim oldu?

- Xarici oyunçulardan danışsaq, əsas faydalananlar bölgədəki mövqelərini gücləndirən Rusiya və Türkiyədir. Bakı və Ankara indi öz ittifaqını möhkəmləndirir, Azərbaycan isə qələbəni döyüş meydanında qazandı.

Yeri gəlmişkən, öz ərazi bütövlüyünü və dövlətçiliyini qoruyub saxlayan Ermənistan da fayda götürdü. Ancaq ola bilərdi ki, erməni dövlətçiliyi qorunub saxlanılsın, ancaq xeyli məhdudlaşdırılmış formada. Üstəlik, gözləntilərimin əksinə olaraq Nikol Paşinyan öz hakimiyyətini qoruyub saxladı.

İndi daha bir məqama diqqət edirəm ki, görünür, İran Türkiyənin əksinə gedərək Ermənistanla əlaqələrini daha da gücləndirir.

Əsas benefitsiarların (fayda götürən) məruz qaldığı itkilər haqqında da danışmaq istərdim. Rusiya Moskva-Ankara-Tehran “ittifaq üçbucağı” arzusu ilə həmişəlik vidalaşa bilər. Belə bir şey olmayacaq. İndi İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olması barədə çox danışılır. Amma bu İran-Çin münasibətləri ilə bağlı fərqli bir məqamdır.

- Regionda nəqliyyat kommunikasiyalarının açılması barədə nə düşünürsünüz? Bu üçtərəfli bəyanatın bəndlərindən biridir, bütün tərəflər hazırdır, Ermənistandan isə ziddiyyətli bəyanatlar səsləndirilir...

- Ermənistan tərəfinin kommunikasiyaların açılmasına razılıq verməsinə Kremldən İrəvana bir zəng kifayətdir.скачать dle 11.3
Mojo.az Banner