Mojo.az — elanlar
Son Xəbərlər
13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Milli Məclis 13 il əvvəl hazırlanan sənədi müzakirəyə çıxara bilər

02.09.2019 12:45 2 842
Milli Məclis 13 il əvvəl hazırlanan sənədi müzakirəyə çıxara bilər
Milli Məclisin 2019-cu il payız sessiyasında gündəmə gətirmək istədiyimiz məsələlər arasında Rəqabət Məcəlləsinin qəbulunun sürətləndirilməsi xüsusi yer tutacaq.

Bunu oxu.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.

Xatırladaq ki, Rəqabət Məcəlləsi 2006-cı ildə Prezident tərəfindən Milli Məclisə təqdim edilib. Qanun layihəsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşa çıxarılmayıb.

Ə.Məsimli həmkarı Vahid Əhmədovla birlikdə "Təhsil kreditləri haqqında" qanun layihəsini hazırlayıb Milli Məclisə təqdim etdiklərini xatırladıb.

"Azərbaycanda orta aylıq əməkhaqqı 600 manatın altında, büdcə təşkilatlarında çalışanların xeyli hissəsinin maaaşları 300-400 manat arasındadır. Belə şəraitdə təhsil haqları arta-arta beş min manatı ötüb və orta hesabla 2,5-3 min manatdır. Orta statistik Azərbaycan ailəsinin gəliri ilə bu ağırlıqda təhsil haqqını qarşılamaq olmaz. Hər il minlərlə gənc təhsil haqqını ödəyə bilmədiyi üçün təhsildən kənarda qalır. Bu gənclər aztəminatlı ailələrin övladlarıdır. Sadəcə maddi imkanı olmadığı üçün həmin gənclərin ali təhsil almaq arzusu gözündə qalır", - Ə.Məsimli əlavə edib.

Komitə üzvü qeyd edib ki, Azərbaycanda təhsil ya pulsuz olmalı, ya da ehtiyacı olanlara əlverişli şərtlərlə təhsil kreditləri verilməlidir:

"Gənclərə əlverişli şərtlərlə təhsil kreditləri verilməsinə dair qanun layihəsini biz hazırlamışıq. İndi onun qəbuluna çalışacağıq. Bu qanunun qəbulu həm təhsil haqqını ödəyə bilməyən minlərlə gəncin təhsildən kənarlaşdırılması kimi çox ciddi problemi aradan qaldıra, həm də aztəminatlı ailələrin ailə büdcəsini təhsil haqları kimi ağır bir yükdən azad edə bilər".

Deputatın fikrincə, iqtisadiyyatın inkişafına əlavə təkan verməkdən ötrü bankların iqtisadiyyatın real sektoru ilə əlaqəsinin gücləndirilməsi məsələsi xüsusi önəm daşıyır:

"Kredit qoyuluşları artmağa başlasa da, yenidən real sektorun inkişafına yox, istehlak kreditlərinə üstünlük verilməyə başlanılıb. 2015-2016-cı illərdə bunun yaratdığı fəsadlar hələ tam aradan qaldırılmayb. Kredit faiz dərəcələrinin aşağı salınması və bank sisteminin real sektorla əlaqəsinin gücləndirilməsi istiqamətində ciddi islahatlar aparılmasına ehtiyac var. Ona görə də sözügedən istiqamətlərdə mövcud qanunvericilik sənədlərinə dəyişikliklər edilməsi təşəbbüsü ilə də çıxış edəcəyik".

Milli Məclis üzvü onu da xatırladıb ki, 2019-cu il öz əhəmiyyətinə və bir sıra cəhətlərinə görə özündən əvvəlki illərdən fərqlənir:

"Bu il iqtisadi artım tempi əvvəlki illərlə müqayisədə yüksəlib. 4,2 milyon nəfərdən artıq insanı əhatə edən sosial paket həyata keçirilir. Təbii ki, həmin müsbət meyilləri sonrakı illərdə də davam etdirmək, iqtisadi və sosial proseslərin tənzimlənməsinin hüquqi bazasını möhkəmləndirməkdən ötrü zəruri addımların atılmasına da ehtiyac var.

Neqativ halların aradan qaldırılmasına yönələn işlərin genişləndirilməsi zərurətə çevrilir. Bunun yolu islahatları dərinləşdirməkdən, iqtisadiyyatın liberallaşdırılmasından və tam rəqəmsallaşdırılmasından, idarəetmə sistemində çevikliyin, şəffaflığın, hesabatlılığın, məsuliyyətin artırılmasından keçir".

Son xəbərlər