Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Həzrəti Süleymanın qızı həbs edildi – Türkiyədə misli görünməmiş dələduzluq

23.08.2019 19:40 1 647
Həzrəti Süleymanın qızı həbs edildi – Türkiyədə misli görünməmiş dələduzluq
Eskişehirdə özünü Sultan Süleymanın qızı adlandıran və yəhudilərin axtardığı müqəddəs qanın onun damarlarından axdığını iddia edən dini sekta başçısı, fırıldaqçı qadın tutulub.

Median.Az
Türkiyə mediasına istinadən xəbər verir ki, 49 yaşlı S.G Eskişehirdə 10 hektar torpaq sahəsi olan bir villada xəstələri qəbul etməyə başlayıb. Qanının şəfalı olduğunu iddia edən qadın qanı qatılmış suyu dərdinə çarə tapmaq üçün gələn insanlara içirib. Onun qanı qatılmış su isə nə az nə çox, düz 4-5 min lirəyə satılıb. S.G-nin bu günə qədər bənzəri iddialarla minlərlə insanı aldatması və bu yolla 13 milyon dollar gəlir əldə etməsi aşkarlanıb. S.G-yə bu işdə 4 nəfərdən ibarət qrup, o cümlədən vəkil işləyən 29 yaşlı oğlu kömək edib.

Qrupun yaxalandıqları villada dini sekta qurmaları, müəyyən məbləğ müqabilində bir çox kişilərə üzük verib “komandir” rütbəsi verdiyi bəlli olub.

Hadisədən zərər çəkmiş və şahid qismində ifadə verən bir neçə iş adamı S.G-nin toruna düşdükdən sonra bütün var- dövlətlərini onun sektasına yatırdıqlarını və iflas etdiklərini etiraf eləyiblər.

Son xəbərlər