Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

125 il yaşadığını iddia edən insan sirrini açdı

14.04.2025 21:42 732
125 il yaşadığını iddia edən insan sirrini açdı
Bu ilin aprelində ad gününü qeyd edən uzunömürlü özünü yaxşı hiss etməyə kömək edən xüsusi pəhrizdən danışıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Marselino Abad Tolentino dünyanın ən yaşlı insanı ola bilər. Belə ki, perulu uzunömürlü 1900-cü ilin aprelində anadan olduğunu iddia edir.

O, hazırda Uanuko şəhərindəki qocalar evindədir. Ətrafdakılar onu tərcümədə "müdriklik” mənasını verən "masiko” çağırırlar.

Bir çox işdə çalışan, valideynlərini erkən itirən, böyük tarixi hadisələrin şahidi olan bu şəxs daim fiziki fəaliyyətlə məşğul olduğunu qeyd edib. Təmiz havada çox gəzib, təbiəti öyrənib, kifayət qədər bitki mənşəli qida qəbul edib. Əslində Marselino hesab edir ki, onun uzunömürlü olması məhz qidalanma ilə bağlıdır.

O izah edib ki, meyvə və tərəvəz onun gündəlik qida rasionunun bir hissəsi olub. Lakin gününü onsuz təsəvvür edə bilməyəcəyi bir məhsul var – bu, avokadodur. Qocalar evində aşpaz olan Dolores Perez, Marselinonun hər gün səhər yeməyinə avokado ilə başladığını söyləyib.

O həm də öz ölkəsində yetişdirilənlərlə qidalanmağa üstünlük verib. Bununla belə, kişinin menyusuna çox vaxt quzu əti də daxil olub: o, əmindir ki, bu ət xüsusilə faydalıdır.

Abad Tolentino sona qədər şəxsi fermasında yaşayıb, yalnız özünə qulluq etmək qabiliyyətini itirəndən sonra qocalar evinə köçüb. Bu barədə "Mirror” yazır.

Perulu uzunömürlülüyün əsas meyarları kimi düzgün qidalanma, fiziki aktivlik və müsbət əhvali-ruhiyyəni göstərib.

Son xəbərlər