Mojo.az — elanlar
Son Xəbərlər
14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Maleviçin “Qara kvadrat”ı daha heç vaxt Tretyakov qalereyasını tərk etməyəcək

21.08.2019 11:53 9 740
Maleviçin “Qara kvadrat”ı daha heç vaxt Tretyakov qalereyasını tərk etməyəcək
Kazemir Maleviçin 1915-ci ildə çəkdiyi “Qara kvadrat” rəsmi daha heç bir vaxt Tretyakov qalereyasını tərk etməyəcək.

Bu haqda qalereyanın baş direktoru Zelfira Trequlova “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

“Daimi ekspozisiyada hər zaman birinci, 1915-ci ilin əsəri nümayiş olunub. Sonuncu dəfə o 2003-cü ildə Nyu-Yorkda keçirilən “Maleviçin supermatizmi” sərgisinə göndərilib. O vaxtdan əsər Tretyakovkanı tərk etməyib və etməyəcək də. Məsələ təhlükəsizlikdə deyil. Dünya incəsənətinin ən vacib əsərlərindən birini biz daha əldən buraxmaq istəmirik”, - deyə, Z.Trequlova bildirib.

Direktor onu da qeyd edib ki, Tretyakov qalereyasında hazırda iki “Qara kvadrat” nümayiş olunur: 1915-ci ildə çəkilən rəsm, və onun 1929-cu ildə hazırlanan təkrarı.

Bundan əlavə Maleviçin cəkdiyi təkrar “Qara kvadrat”lar Rus muzeyində və Ermitajda nümayiş olunur.

Son xəbərlər