Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

“İdman Azərbaycan”ın şərhçisi canlı yayımdakı sözünə görə efirdən uzaqlaşdırıldı

19.08.2019 17:22 2 095
“İdman Azərbaycan”ın şərhçisi canlı yayımdakı sözünə görə efirdən uzaqlaşdırıldı
"İdman Azərbaycan” kanalının şərhçisi İsmayıl Abdullayev "Mançester Yunayted” - "Çelsi” matçı zamanı işlətdiyi ifadəyə görə efirdən uzaqlaşdırılıb.

Bu barədə Abdullayevin özü məlumat verib:

"Gözünüz aydın! Bir ay müddətinə şərhlərdə olmayacam. Bilmirəm, qayıdacam, yoxsa yox”.

Qeyd edək ki, həmin oyun zamanı şərhçilər Tərlan Şahinoğlu ilə İsmayıl Abdullayev arasında dialoq yaşanıb. Şahinoğlu "Çelsi”nin qaradərili futbolçusu N'Qolo Kanteni nəzərdə tutaraq "Kante geriyə qayıtdı, özünü oda atdı, amma yanmadı” deyib. İsmayıl Abdullayev isə cavabında "Yansaydı da, rəngində bir fərq olmayacaqdı” söyləyib.

Son xəbərlər