Mojo.az Banner
SON DƏQİQƏ
21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |     18:26 Şimali Kiprdə gəmi qəzasına görə tutulan Azərbaycan vətəndaşlarının həbs müddəti artırıldı  |     18:10 Ermənistan Azərbaycan və Türkiyədən elektrik enerjisi alacaq  |     17:57 İranla sərhəddə əməliyyat: 35 kiloqram narkotik aşkarlandı  |     17:47 Gürcüstanla sərhəddə əməliyyat: 6 əcnəbi saxlanıldı - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı güləşçi dünya çempionatında finala çıxdı - YENİLƏNİB

16.08.2019 19:13 2 800
Azərbaycanlı güləşçi dünya çempionatında finala çıxdı - YENİLƏNİB
Estoniyanın paytaxtı Tallində keçirilən gənc güləşçilərin dünya çempionatında ilk idmançımız finala çıxıb.

Median.Az
xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşi üzrə idmançımız Zaur Əliyev yarımfinalda yapon rəqibini 4:0 hesabı ilə məğlub edərək finalda mübarizə aparmaq hüququ əldə edib.

Qeyd edək ki, finalda onun rəqibi rusiyalı Ənvər Allahyarov olacaq. Bu görüş sabah keçiriləcək.

***

Estoniyanın paytaxtı Tallində gənc güləşçilərin dünya çempionatı keçirilir.

Median.Az
xəbər verir ki, avqustun 12-dən başlayan dünya çempionatında artıq sərbəst və qadın güləşçilərimiz çıxışlarını başa vurublar.

Sərbəst güləş millimiz üç medalla turniri tərk edib. Bunlar Turan Bayramov (-65 kq), Əbubəkr Abakarov (-79 kq) və Hacımurad Hacıyevdir (-74 kq). Hər üç güləşçimiz bürünc medal qazanıb.

Üç güləşçi ilə qatılan qadın millimiz bütün görüşlərdə uduzaraq mübarizəni dayandırıb.

Bu gündən etibarən isə güləşin yunan-Roma növü üzrə millimiz mübarizəyə qoşulub. Təəssüf ki, bu gün mübarizəyə qoşulan beş güləşçimizdən dördü ilk görüşdə uduzub. Yalnız Zaur Əliyev (-55 kq) Qırğızıstan və Moldovadan olan rəqiblərinə müvafiq olaraq 8:0 və 10:0 qalib gələrək yarımfinala çıxıb. O, finala çıxmaq üçün yaponiyalı Ken Matsuini məğlub etməlidir.

Qeyd edək ki, dünya çempionatına avqustun 18-də yekun vurulacaq.скачать dle 11.3
Paylaş f ➤ ◉
01

Son xəbərlər

3
MOJO.AZ

Seçilmiş elanlar

Bütün elanlar