Mojo.az Banner
22:54 Kennedinin qohumu Rusiyada qiyabi həbs olundu  |     22:46 Tümendən Bakıya uçan təyyarə Ufada məcburi eniş etdi  |     22:44 Bakıdan Yekaterinburqa uçmalı olan təyyarə xarab olub - 24 saatdan çox gecikmə qeydə alınıb  |     21:40 "Fənərbağça" Lukakunu transfer etdi  |     21:30 13:31 saatının mənası nədir?  |     21:07 Ələt-Astara yolunda AĞIR QƏZA: Xəsarət alanlar var  |     20:50 “Tesla” bu problemə görə 20 mindən çox avtomobili geri çağırır: Səbəbi isə bu imiş  |     20:44 İlin ikinci Günəş tutulması başa çatdı (YENİLƏNİB)  |     20:41 "İnter" ingilis futbolçunu transfer etdi  |     20:35 Hörmüz boğazı ilə bağlı GƏRGİNLİK: Trampdan SƏRT AÇIQLAMA  |     20:18 Bloqer Hüseyn Həsənov məhkəmə qərarından şikayət verdi  |     19:50 "Sabah" ABŞ-dən olan basketbolçu Frenki Fidlerin transferini açıqlayıb  |     19:47 Öldüyü açıqlanan futbolçu "morq"da DİRİLDİ  |     19:42 6 yeni “iPhone” modeli hazırlanır  |     19:19 Xocavənddə mina partladı: Xəsarət alanlar var  |     19:06 Ukrayna 26 kəndi geri qaytardı  |     19:01 Yasamalda oğurluq edənlər saxlanıldı  |     18:52 Mingəçevir su anbarında gənc batdı  |     18:42 Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib  |     18:29 "Dinamo"nun baş məşqçisi: "Qarabağ"la matç çox gərgin keçəcək"  |    
Left Banner
Right Banner

The Guardian: Audiokitab mütaliənin gələcəyidir

15.07.2019 20:18 2 405
The Guardian: Audiokitab mütaliənin gələcəyidir
Britaniyanın The Guardian qəzetinin məqaləsində bildirilir ki, son illər insanlar çap materiallarının - kitabların və qəzet-jurnalların yerinə audiokitablardan istifadəyə daha çox üstünlük verirlər. Texnoloji nailiyyətin təklif etdiyi bu yeniliyin üstünlüyü isə istifadəçiyə eyni vaxtda mətni oxumaq və onun səslənməsinə qulaq asmaq imkanı verməsidir.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, məqalədə qeyd olunur ki, 2018-ci ildə audiokitabların satışı 43 faiz artıb, çap məhsulu olan kitablarda isə son beş ildə bu rəqəm 5 faiz azalıb. Alimlər bildirirlər ki, bəzi yaşlı insanlar texnologiyanın yeni nailiyyətini tam şəkildə qəbul etməsələr də, gənclər elektron kitablara daha çox maraq göstərirlər. Bundan başqa, psixoloqlar audiokitabların bədii və elmi ədəbiyyatın daha tez qavranılması baxımından üstün olduğunu qeyd edirlər. Onların fikrincə, bu mütaliə üsulu uşaqlarda zehni inkişafı, xarici dil öyrənilməsi prosesini sürətləndirir. Bu, yazılış və tələffüz arasında ciddi fərqlər olan ingilis dilinin mənimsənilməsində özünü daha çox göstərir. Digər tərəfdən, elektron kitablar mətnin sonradan təkrarı məqsədilə skan edilməsi baxımından da əlverişlidir. Eyni zamanda, audiokitablar eşitmə yaddaşı güclü olanların oxuduqları və dinlədikləri materialı daha uzun müddət xatırlamasına imkan verir. Elektron kitabları səsləndirən aktyorların məlahətli səsi isə insanlarda psixoloji cəhətdən rahatlıq yaradır.

İngiltərənin Sound Understanding (səsi anlama) studiyasının direktoru Ceniffer Hovard bildirib ki, dünya klassiklərinin əsərlərinin audiokitablara köçürülməsi prosesinə ən tanınmış və diksiyası səlis olan aktyorlar cəlb olunur. Onun sözlərinə görə, səlis oxunmayan və səs tonu kobud olan elektron kitablar istifadəçilərdə maraq doğurmur. Ceniffer Hovard əlavə edib ki, bunları nəzərə alan istehsalçı studiyalar yayım şirkətləri ilə əməkdaşlığa üstünlük verirlər.

İnternetdə materialları istifadəçilər tərəfindən 3 milyard saatdan çox yüklənən audiokitab hazırlayan "Audible" şirkəti isə fəaliyyətini daha da təkmilləşdirir, Maykl Lyuis və Con Ronson kimi məşhur yazıçılara məxsusi olaraq audiokitab yazmaq sifarişi verir. Bu cür şirkətlərin sahibləri yaxın gələcəkdə "virtual nəşriyyat" rolunu oynamaq niyyətindədirlər. Bədii və elmi ədəbiyyatla tanış olmaq istəyənlər elektron kitabları yeni nəsil kiçik monitorlu MP3 formatında portativ aparatlara, yaxud mobil telefonlara yükləyərək hər yerdə oxuyub dinləyə biləcəklər.скачать dle 11.3
Mojo.az Banner