Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Əllə yazmaqdan imtina insan beynində dəyişikliklərə səbəb olur

24.01.2019 21:30 2 291
Əllə yazmaqdan imtina insan beynində dəyişikliklərə səbəb olur
Texnologiyaların inkişafı nəticəsində indiki nəslə mənsub olan uşaqlar get-gedə daha çox hallarda əl ilə yazmaqdan imtina edirlər. Mütəxəssislərin fikrincə, bu səbəbdən, uşaqlarda əl ilə yazmaq vərdişi yaranmır.

"MedikForum” portalı xəbər verir ki, mütəxəssislərin fikrincə, bu trendin sabitləşməsi gələcək nəsillərin beyinində dəyişiklik yaradacaq.

Əl ilə yazma vərdişləri kiçik motorikanın və insan beyninin inkişafının çox mühüm funksiyası ilə bağlıdır. Kalliqrafiya (xəttatlıq) sahəsində ekspert Yuri Koverdyayevin fikrincə, əl ilə yazmaqdan hazırda müşahidə edilən dərəcədə imtina edilməsi təhlükəli olmayacaq, lakin o, insanlara, xüsusən uşaqlara hökmən mənfi təsir göstərəcək.

Koverdyayev göstərir ki, texnologiyalar inkişaf etdikcə müasir insanlar arasında müşahidə olunan təkcə onların əl ilə yazmaqdan imtina etməsi deyil. Hətta klaviaturda mətn yığarkən əl ilə işləmək istəməyən, səsli məlumatlara üstünlük verən insanların da sayı tədricən artır. Nəticədə adamlar mətni əl ilə yazmağı yadırğayırlar.

Ekspert deyib: "Bu, uşaqlar üçün və gələcəkdə onların uşaqları üçün təhlükəlidir. Əgər indi uşaqlar əl ilə yazmağa vərdiş etməsələr, onlar öz uşaqlarına əl ilə yazmağı öyrədə bilməyəcəklər”.

2017-ci ildə Böyük Britaniyada aparılmış araşdırma nəticəsində məlum olub ki, insanlar əl ilə yazmağı tərgidirlər və çox ehtimal ki, gələcəkdə bu vərdiş tamam sıradan çıxacaq. Mütəxəssislər hələ o vaxt bildiriblər ki, müasir insanlar ən çoxu qısa qeydləri və ya xatırlatmaları qələmlə yazırlar. Hazırda yaşlı insan orta hesabla ay yarımda bir dəfə əl ilə yazmağa başlayır, yaşlı insanların orta hesabla üçdə bir hissəsi yarım ildə cəmi bir dəfə əl ilə yazır. (AzərTAc)скачать dle 11.3

Son xəbərlər