Mojo.az Banner
18:52 Yoxlamalara dair yeni qadağa  |     18:47 Azərbaycanda bu şəxslər üçün 20 illik vergi güzəşti müəyyənləşir  |     18:39 30-a yaxın işçi "BI Group" şirkətindən maaşlarını ala bilmirlər - VİDEO  |     18:33 Bakıda plana düşən 200-dən çox ev sökülür - VİDEO  |     18:25 "Tərəqqi" medallı keçmiş direktor dünyasını dəyişdi  |     17:52 İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE  |     17:41 Vətəndaşlarla təhsil sektorunun işçisi arasında DAVA DÜŞDÜ - VİDEO  |     17:33 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper məhkəməyə verildi  |     17:09 İlanlar binalara və evlərə niyə girir? – Zooloqdan MÜHÜM açıqlama  |     17:07 Bakıda maşında meyit tapıldı  |     16:55 Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA - ÖZƏL  |     16:53 2 milyona yaxın borcu olan biznesmenin Azərbaycandan çıxışına QADAĞA  |     16:48 Külək güclənir - XƏBƏRDARLIQ  |     16:46 Boşandıqdan sonra eyni evdə yaşamaq məcburiyyətində qalanlar bunu bilməlidir  |     16:40 Mövsümi ucuzlaşma bitir: Meyvə-tərəvəz qiymətləri yenidən arta bilər  |     16:35 Kilosu 37 manat olan kolbasa piydən ibarətdir? — "Çiy ət dadı verir" - AÇIQLAMA  |     15:47 Bakıda daha bir küçədə avtobuslar üçün xüsusi zolaq yaradıldı  |     13:58 Qonşusunu bıçaqla ürəyindən vuran şəxsə AĞIR CƏZA  |     13:52 İrandan Azərbaycana 111 kiloqram narkotiki keçirmək istədilər  |     13:45 Dövlət agentliyində YENİ TƏYİNATLAR  |    
Mojo.az Avto
Mojo.az Avto

Xəstəxanalar elektron reseptdən niyə istifadə etmirlər? (VİDEO)

03.08.2024 19:04 957
Xəstəxanalar elektron reseptdən niyə istifadə etmirlər? (VİDEO)
Elektron resept sisteminin tətbiqi ilə vətəndaşların tibbi məlumatlara əlçatanlığının artırılması, tibb mütəxəssislərinin daha effektiv xidmət göstərməsinə və dərman dövriyyəsinə nəzarətin gücləndirilməsi nəzərdə tutulmuşdu. May ayından elektron reseptə tam keçid təmin edilib, lakin hələ də vətəndaşlar bu sistemdən xəbərsizdirlər.

Xezerxeber.az-ın məlumatına görə, bu sistem təyin edilən dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa və dəqiq dozaları göstərməyə imkan verəcəkdi. Lakin əczaçılar bildirirlər ki, bu 3 ay ərzində elektron reseptlə heç bir müraciət olmayıb.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, onların tabeliyindəki bütün tibb müəssisələrində reseptlər pasiyentlərə yalnız elektron formada təqdim edilir. Digər səhiyyə qurumları və tibb müəssisələrinə isə "Elektron Resept" sistemindən istifadənin vacibliyi və bu sistemə keçidin təmin edilməsi ilə bağlı sirkulyar məktublar göndərilib.

Həkimlər "Elektron Resept" yazmaqdan, apteklər isə dərman vasitələrini "Elektron Resept" əsasında buraxmaqdan imtina etdikləri təqdirdə, vətəndaşlar Səhiyyənin İnformasiyalaşdırma Mərkəzinin nəzdində fəaliyyət göstərən "Qaynar Xətt" nömrələri (012) 431 38 28 (055) 531 38 28 ilə əlaqə saxlaya bilərlər.скачать dle 11.3
Mojo.az Banner