Mojo.az Banner
23:01 Şəmkirdə 62 yaşlı kişi bazarda öldü  |     22:52 Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər  |     22:43 Son 34 ildə Azərbaycanda doğulan uşaqların sayı 2 dəfə azalıb  |     22:29 Paytaxtda reklam özbaşınalığı: Vətəndaşın qapısına icazəsiz kağız yapışdırdılar - Video  |     22:10 Azərbaycanlı döyüşçü UFC-də: Fərman Həsənovun Bakıdakı rəqibi bəlli oldu  |     22:05 25 günün əsgəri vəfat etdi - FOTO  |     21:43 Leninin nəslindən olan Yelena Ulyanova öldü  |     21:41 Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazanıb  |     20:47 Mağazadan seyf oğurlayan şəxs saxlanıldı  |     20:40 Sağlam qocalma üçün 8 əsas faktor açıqlandı  |     20:34 Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR  |     20:26 DÇ-2026 azarkeşləri üçübn bilet şoku: Yanacaq böhranı xərcləri artırdı  |     20:20 Armatur satışı adı altında 190 minlik dələduzluq - 4 nəfər saxlanıldı  |     20:13 Gələn il veteran pulu ARTIRILACAQ?  |     20:08 "Sabah"- "Neftçi" oyununun başlama tarixi açıqlanıb  |     20:00 Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər - Video  |     19:55 Paşinyan Putinin "boşanma" sözünə belə cavab verdi  |     19:41 Benzinlə manqal yandırmaq istəyən Şəmkir sakini öldü  |     19:34 Millimiz Gürcüstana məğlub oldu  |     19:29 Sabah Azərbaycanda 30 dərəcə isti olacaq  |    
Left Banner
Right Banner

Xaricdə istirahətdən hansı təhlükəli xəstəlikləri gətirə bilərsiz? – Hər ölkənin öz xəstəliyi varmış

11.07.2019 22:44 1 347
Xaricdə istirahətdən hansı təhlükəli xəstəlikləri gətirə bilərsiz? – Hər ölkənin öz xəstəliyi varmış
Yay istirahətində müxtəlif yaxın - uzaq ölkələrə istirahətə gedən insanlar adətən bir sıra xəstəliklər, simptomlarla qayıdırlar və bir müddət sonra orqanizmdə qəribə hallar baş qaldırır. Mütəxəssislər illərdir xəbərdarlıq edir ki, insan ekzotik ölkədən nəinki zəngin təəssüratla, hətta bir çələng ekzotik xəstəlik, virusla da qayıda və bir çox insanları da yoluxdura bilər.

Median.Az
medicina.az-a istinadən turistlərin hansı ölkədə hansı xəstəliklərə tutulma ehtimalını araşdırıb. Elə ölkələr var ki, orda insanın daha çox hansı problemlərə tutulması ehtimalı yüksəkdir.

Misir, Tunis - tif və quduzluq

Tunisdə yarasalar çoxdur və onlar insanı dişləyir. Bu da quduzluq yarada bilir.
Misirdə isə havanın çox isti və bazarlarda, açıq havada qidaların, şirin içkilərin, meyvələrin tez xarab olmasından tif xəstəliyinə tutulurlar.
Eləcə də qarın yatalağı qaçılmazdır.

Türkiyə - dizenteriya, Hepatit A

Otellərdə ümumi baseynlərdə su bəzən vaxtında dəyişdirilmir, bir hofuza eyni anda 200 nəfər daxil olur. Su və qida ilə hepatit A yayılır. Eləcə də meyvə, tərəvəzlər yaxşı sanitar işlənmədiyindən Türkiyədə elə istirahətdə ola-ola qarında pozulma, qızdırma, qusma, dizenteriya başlayır və Türkiyədə turistlər ən çox bu problemlə təcili yardımlara üz tutur.

Hindistan - şistosomoz və amöb ensefaliti

Ensefaliti Hindistanın təzə tərəvəzlərini yedikdə də yoluxa bilərsiz. Şistosomoz isə təbii su höfzəsində çimmək, yuyunmaq, bulaqdan və ya hansısa axar su olan yerdən su içərkən yoluxur. Ona görə bu ölkədə suyu marketdən alıb için.

Afrika, Meksika - Zika virusu, malyariya, denq qızdırması

Bütün bunları həşəratlar, ağcaqanadlar, moskitlər yayır. Keniya, Mərkəzi Afrika bu baxımdan təhlükəlidir. Gedərkən peyvəndlər vurdurun.

Ərəbistan, Dubay- leptospiroz və dəvə qripi

Birinci xəstəliyi gəmiricilər, siçanlar yayır. Harasa toxunursuz və əlinizi yumursuz, ağızla keçir. İkincisi dəvə qripi isə sadəcə xəstə dəvəyə minib gəzərkən yoluxursuz. Ona görə harda oldu dəvəyə minməyin.

Kuba, Kipr - müxtəlif yad, təhlükəli parazitlər

Bu ölkələrdə qumda uzanmaq, ayaqyalın gəzmək, adi su içməklə də qurda yoluxa bilərsiz. Helmintlər dəri səthini də yarıb keçir

Cənubi Amerika - sarı qızdırma

Ağcaqanad və daşıyıcı insanlardan, yerli əhalidən yoluxur. Müalicəsi var. Ölüm faizi də az deyir. Buna qarşı mütləq 2 ay öncə peyvənd olunub, sonra viza alın.

Avropa: salmonelloz və gəmə ensefaliti

Salmonella qida, su və heyvanlara olur. Bişirildikdə də ölmür. Gənələr isə Avropa meşələri, parkları, talalarında çox rast gəlinir. Gənələrə qarşı tədbirli olun.

Dəri-zöhrəvi xəstəliklər

İstənilən ölkədə tutula bilərsiz. Daha çox Tailand, Malayziya, Tayvan, Asiya ölkələrindən QİÇS, qonoreya gətirilir. Kişilər istirahətdə ötəri qadınlarla ötəri münasibətdən özünü qorumasa, hələ çox xəstəlikləri ölkələrinə gətirəcək.скачать dle 11.3
Mojo.az Banner