Mojo.az Banner
20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |     17:58 Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi  |     17:48 Bakıda və rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq  |     17:24 Hicaba görə məktəbə getməyən uşağın valideyni 100 manat cərimələnə bilər – AÇIQLAMA  |     15:32 Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilir  |     15:30 Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı - Foto  |     15:28 Azərbaycanda pensiya ödənişləri 10 faiz artıb  |     15:24 Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto  |     13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |    
Mojo.az Avto
Mojo.az Avto

İki maşın toqquşaraq aşdı: sürücülərdən biri yerindəcə ölüb - FOTO

06.07.2019 22:05 1 623
İki maşın toqquşaraq aşdı: sürücülərdən biri yerindəcə ölüb - FOTO
Lənkəran rayonunda eyni istiqamətdə hərəkətdə olan yük maşını ilə minik avtomobili toqquşub.

APA -nın cənub bürosunun verdiyi məlumata görə, qəza rayonun Gərmətük kəndi ərazisində qeydə alınıb. Zərbənin gücündən hər iki avtomobil aşıb.

Türkəkəran kənd sakini, 1993-cü il təvəllüdlü Hakim Mübariz oğlu Tahirov idarə etdiyi "QAZ 52" markalı avtomobili yolayrıcında döndərmək istəyərkən arxadan gələn Siyavar kənd sakini, 1978-ci il təvəllüdlü Rasim Adət oğlu Quliyevin sükanı arxasında olduğu "Mercedes" markalı avtomobillə toqquşub. Kommunal xidmətlərin göstərilməsi üçün istifadə olunan "QAZ 52" markalı nəqliyyat vasitəsinin aşması nəticəsində sürücü hadisə yerində keçinib.

Yük avtomobilində olan sərnişin Gərmətük kənd sakini, 1964-cü il təvəllüdlü Ehtiram Nahid oğlu Nurullayev və "Mercedes"in sürücüsü
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ağır yaralanan sərnişin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 11.3
Mojo.az Banner