Mojo.az Banner
16:52 İmişlidə çətənə kolları yetişdirən şəxs saxlanıldı  |     16:45 Yeniyetmələr arasında energetik içkilərin istehlakı artır  |     16:40 Mənşəyi məlum olmayan 30 tondan çox ət məhv edilib  |     16:33 Aldığınız evin sahəsi niyə sənəddə az göstərilir? - Ali Məhkəmə fərqi izah etdi  |     16:27 Quzu əti niyə fərqli qiymətlərə satılır? - Video  |     16:20 Xankəndidə ev yandı  |     16:15 Pelenin 1958-ci ildəki final forması 4,88 milyon dollara satıldı  |     16:07 Oğuzhan Uğur da saxlanıldı  |     16:01 "Balamı Kəlbəcərə yola saldım, 2 saat sonra yoxa çıxdı..." - Video  |     15:55 Avropada anomal istilər son dörd ildə 200 mindən artıq can alıb  |     15:49 Azərbaycan Kubokunun növbəti final oyununun tarixi AÇIQLANDI  |     15:24 Bakıda bir marşrutun fəaliyyəti bərpa edilir - FOTO  |     15:20 Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş keçirilir - FOTO  |     15:08 “Azərbaycan ədəbiyyatının əsas düşməni yaltaqlıqdır” — Anar Oğuzla müsahibə  |     15:03 İsrail parlamenti özünü buraxdı: Yeni seçki payızda olacaq  |     12:50 Heydər Əliyev Mərkəzi Slovakiya bayrağının rəngləri ilə işıqlandırılıb  |     12:26 Bazarlarda bütün açıq məhsullar etiketlənəcək – FOTO  |     12:18 Yaxın Şərqdəki gərginlik fonunda dünya bazarında neft bahalaşır  |     11:49 Sərxoş halda 150-dən çox qoyunu oğurlayan şəxs anlaqsız sayıldı - MƏHKƏMƏ  |     11:37 Venesuelada zəlzələ qurbanlarının sayı 5000-ə çatıb  |    
Left Banner
Right Banner

Yol polisi xaricə gedən sürücülərə müraciət etdi

04.07.2019 20:38 2 134
Yol polisi xaricə gedən sürücülərə müraciət etdi
Baş Dövlət Yol Polisi İdarəsi beynəlxalq yük və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, eləcə də şəxsi nəqliyyat vasitələrində ölkə xaricinə səfər edən vətəndaşlara müraciət edib. Median.Az-ın məlumatına görə, bu barədə Sputnik Azərbaycan-a BDYPİ-dən məlumat verilib.

Qeyd edilib ki, Baş Dövlət Yol Polisi İdarəsi beynəlxalq yük və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri, eləcə də şəxsi nəqliyyat vasitələrində xarici ölkələrə səfər etməyə hazırlaşan Azərbaycan Respublikasının vətəndaşlarını məlumatlandırmaq məqsədilə bildirir ki, Gürcüstan və Bolqarıstan respublikalarının yol hərəkəti haqqında qanunvericilik aktlarına bəzi əlavə və dəyişikliklər edilib.

Əsasən, yol hərəkəti qayda pozuntuları ilə bağlı tətbiq edilən inzibati tənbeh tədbirlərinə, hərəkətin məhdudlaşdırılması hallarına və müəyyən kateqoriyalı nəqliyyat vasitələrinin icazə verilən maksimum çəki və ölçü parametrlərinə dair qaydalara edilmiş həmin əlavə və dəyişikliklərlə maraqlanan şəxslər Gürcüstan hökümətinin 01.07.2019-cu il tarixli, 393 saylı qərarı, habelə Bolqarıstan Respublikasının müvafiq agentliyinə məxsus (htt://www.api.bg/index.php/en) veb sayt vasitəsilə daha ətraflı məlumat ala bilərlər.скачать dle 11.3
Mojo.az Banner