Qax-İlisu marşrutu üzrə 35.5 km uzunluğunda yol yenidən qurulur (FOTO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:01 Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatdı  |     21:57 Azərbaycanda bir qrup şəxsə aylıq müavinətin verilməsi DAYANDIRILDI  |     21:34 Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət veriləcək  |     21:26 Əli Əsədov Ersin Tatar ilə əməkdaşlıq məsələlərini müzakirə edib  |     21:14 Ermənistan Rusiya dondurmasının idxalına qadağa qoydu  |     20:46 "Qaynana" və digər 4 restoran cərimələndi  |     20:43 Şəxsiyyət vəsiqələrinin forması dəyişəcək  |     20:14 Azərbaycanın turizm imkanları Asiya ölkələrində təbliğ ediləcək  |     20:10 Bu il ilk dəfə Şuşa və Ağdamda qanvermə aksiyası keçiriləcək  |     20:03 Gürcüstandan çox sayda əcnəbi deportasiya edilib, azərbaycanlı da var  |     19:58 Sabah hava küləkli olacaq  |     19:52 Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul qaydası açıqlanıb  |     19:45 Son iki ayda 16 nəfər qarpızdan zəhərlənib  |     19:39 KTM: Ötən ay 100 nəfərə yaxın insan zəhərlənib, 3-ü ölüb  |     19:31 Nəhəng aviaşirkətin müştəri bazası haker hücumuna məruz qalıb  |     19:25 FES sentyabradək faiz dərəcəsini azalda bilər  |     19:17 Süveyş körfəzində qazma qurğusu batıb, ölənlər var  |     19:10 "Amazon"un təsisçisi 737 milyon dollarlıq səhm satıb  |     19:04 Almaniya Rusiyanın "kölgə donanması"na qarşı mübarizəni sərtləşdirir  |     18:24 Qazaxıstan prezidenti Azərbaycana təşəkkür edib  |    

Qax-İlisu marşrutu üzrə 35.5 km uzunluğunda yol yenidən qurulur (FOTO)

Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 96-cı km-dən götürən Qax-İlisu marşrutu üzrə avtomobil yolunun yenidən qurulması uğurla davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, Qax-İlisu marşrutu üzrə 35.5 km uzunluğunda olan avtomobil yolu 4 hissədən ibarətdir. Bura yolun uzunluğu 13.2 km olan Qorağan-Qax şəhəri hissəsi, ümumi uzunluğu 6.3 km olan Turaclı, Qarameşə, Əmircan və Meşəbaş kəndlərinin giriş yolları, 7.9 km olan Qax şəhərinin mərkəzi hissəsi – Heydər Əliyev prospekti və 8.1 km olan Qax şəhəri-İlisu kənd hissəsi daxildir.

1973-1975-ci illərdə inşa olunmuş III texniki dərəcəli avtomobil yolunun Qorağan-Qax şəhəri hissəsinin torpaq yatağı yol kənarı ərazilərdən istifadə etməklə yığılmış qrunt hesabına inşa olunub, bəzi hissələrdə yolun səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə idi və avtomobil yolu meşə zolağından keçdiyi üçün yolun çiyinləri texniki dərəcəyə uyğun gəlmirdi.

Qara örtükdən ibarət yolun yaşayış məntəqələrinə giriş hissələrində torpaq yatağının orta eni 6.5-8 metr təşkil edirdi və yolun torpaq yatağı yol kənarı ərazilərdən istifadə etməklə yığılmış qrunt hesabına "damba" şəklində inşa olunub. IV texniki dərəcəli yolun çiyin hissəsinin orta eni 0.4-0.5 metr təşkil edir.

Avtomobil yolunun Qax şəhərinin mərkəzi - Heydər Əliyev prospektində yolun eni 14.2 metr təşkil etməklə 2 və 4 hərəkət zolağından ibarətdir. Ayırıcı zolaq və piyada səkilərinə döşənmiş tamet daşlarının və beton səki daşlarının bəziləri sınıb və çökərək istismara yararsız vəziyyətə düşüb.
Yolun Qax şəhəri – İlisu hissəsində isə yolun səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə idi. İlisu kəndi ərazisində yolun uzununa mailliyi 30 % də çox olduğundan və atmosfer sularının yoldan kənarlaşdırılması üçün küvetlər olmadığından yolun hərəkət hissəsində yuyulmalar, çiyin hissəsində 0.5 metr dərinliyində yarğanlar əmələ gəlib.

Ümumilikdə isə Qorağan-Qax-İlisu avtomobil yolu uzun illər istismar olunduğundan, yol örtüyündə aşınmalar, tor şəkilli çatlar, qabarmalar və çökmələr əmələ gəlib. Sadalanan problemlərin aradan qaldırılması üçün hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən III və IV texniki dərəcəyə uyğun təmir-tikinti işləri görülür.

Layihəyə uyğun olaraq yol geyiminin və torpaq yatağının yararsız hissələri sökülüb, yolun torpaq yatağının çiyinlər hesabına genişləndirilməsi işləri görülüb, sökülmüş və genişləndirilmiş hissələrdə yararlı karxana materialından əks-dolğu işləri aparılmaqla yeni yol yatağı inşa edilib. Bunun ardınca isə layihədə nəzərdə tutulmuş qalınlıqda yol əsası inşa aparılır və yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.

Bundan başqa, avtomobil yolunun müxtəlif hissələrində yerləşən suötürücü borular uzun illər istismar olunduğundan boruların sukeçiricilik qabiliyyəti azalmış, borularda və boru başlıqlarında sınma və çatlama halları yaranmışdır. Suötürücü borular istismar üçün yararsız vəziyyətə düşmüşdüyündən yol boyu müxtəlif diametrlərə malik 1085 paqon-metr metal və dəmir-beton suötürücü borular quraşdırılıb, düzbucaqlı su keçidləri inşa edilib, həmçinin yol keçidlərində və kommunikasiya xətlərinin keçirilməsi üçün 1280 paqon-metr uzunluğunda azbest və dəmir-beton boruların qurtaşdırılması işləri də aparılıb.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, hazırda mövcud piyada səkiləri və yol ayrıcı bərpa olunur, kənarlarına 13.7 min paqon-metr uzunluğunda yeni səki daşları düzülür, bundan əlavə layihə boyu 8.7 min paqon-metr uzunluğunda “U” şəkilli dəmir-beton küvetlər, həmçinin beton arxlar inşa edilir.

Layihə çərçivəsində Ağçay üzərində 60 metr və Kürmük çayı üzərində 114 metr uzunluğa malik iki avtomobil körpüsü yerləşir. Körpülərdə təkərqaytaran dəmir-beton bloklarda aşınmalar, sınmalar yaranıb, məhəccərlər yararsız vəziyyətə düşüb. Məhz bu problemləri aradan qaldırmaq üçün mövcud hər iki körpüdə əsaslı şəkildə təmir-bərpa işləri aparılır.

Tikinti layihəsinin sonuncu mərhələsində 10 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçünsə yol boyu siqnal dirəyi, yol nişanı və məlumatverici lövhə, km göstəricisi quraşdırılacaq, üfiqi nişanlanma xətləri çəkiləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, texnoloji ardıcıllığa riayət olunmaqla aparılan yenidənqurma işləri Qax şəhəri də daxil olmaqla yol boyu yerləşən 9 yaşayış məntəqəsinin 20 minə yaxın əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmaqla yanaşı, yoldan istifadə edən xarici qonaqların və turistlərin də rahat şəkildə hərəkət etməsinə imkan yaratmaqla dağ turizminin inkişafına gətirib çıxaracaq. Bu isə öz növbəsində yol boyu yaşayan əhalinin maddi rifahının yüksəlməsi və müxtəlifyönlü, səmərəli işlərin reallaşması deməkdir.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 176 03.07.19 21:11