İki nəfərin ölümündə təqsirləndirilən polis əməkdaşı bəraət alıb
Median.Az xəbər verir ki, ötən il iyunun 12-də Binəqədi qəsəbəsində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini Orxan Orucov hadisə yerində ölüblər.
Araşdırma zamanı məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron RPİ-nin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Məhkəmənin hökmü ilə X. Məmmədova bəraət verilib və o, iclas zalından azadlığa buraxılıb.
Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.