Mojo.az — elanlar
Son Xəbərlər
13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |    
Mojo.az Avto
Mojo.az Avto

Çörəkdən daha çox satılan enerji içkiləri zərərlidirmi? - VİDEO

19.06.2019 11:04 2 424
Çörəkdən daha çox satılan enerji içkiləri zərərlidirmi? - VİDEO
O qədər təlabat var ki, marketlərdə belə tapmaq olmur. Qida rasionumuzun ən başında dayanan çörəkdən daha çox satılır. Söhbət bir çoxlarının isti yay günlərində sərinləmək və susuzluğu yatırmaq üçün qəbul etdikləri enerji içkilərindən gedir.

Enerji içkilərinin tərkibində olan maddələr bədəndə qan dövranının sürətlənməsini, mərkəzi sinir sistemində hormonların və insulinin ifrazını stimullaşdırır. Nəticədə enerji içkiləri xüsusən yeniyetmə və gənclərdə orqanizmin daxili ehtiyat qüvvəsinin daha tez tükənməsinə səbəb olur.

Marketoloqlar deyir ki, sözügedən enerji içkilərinin çox satılmasına səbəb insanların diqqətini çəkən reklam çarxlarıdır. Marketoloq Cavid Mövludov açıqlamasında bildirir ki, sosial şəbəkələrdə güclü və aktiv olmaq üçün sözügedən içkilərdən qəbul etmək tövsiyyə edilir:

“Bu növ içkilərin güclü reklam siyasəti var. Marketlərdə soyuducuları olsa da içində içki olmur. Çünki, çörəkdən daha çox satılır”.

Həkimlər hesab edir ki, sözügedən içkilərdən istifadə edilməməsini demək düzgün olmaz. Təklif edilən normadan və orqanizmin xüsusiyyətlərindən artıq qəbul edilən bu içkilər müxtəlif xəstəliklərin başlanğıcı ola bilər. 18 yaşdan aşağı şəxslərə, yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından əziyyət çəkən şəxslərə istifadəsi tövsiyə olunmasa da, bəzən yaşı 7-8 olan azyaşlıların əlində bu növ içki qutularını görmək mümkündür.

Əslində susuzluqu yatırmaq üçün istifadə edilən enerji içkiləri suya olan tələbatı artırır. Mütəxəssislər sağlam orqanizmdə xəstəlik yaratmamaq üçün sözügedən içkilərdən norma daxilində istifadə etməyi məqsədəuyğun hesab edirlər.//oxu.az


Son xəbərlər