Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Ağstafada “qan davası”: dörd ölü - TƏFƏRRÜAT+YENİLƏNİB

17.06.2019 13:03 9 680
Ağstafada “qan davası”: dörd ölü - TƏFƏRRÜAT+YENİLƏNİB
Bu gün səhər saatlarında Ağstafa rayonunda Böyük Kəsik dəmiryol stansiyasının yaxınlığında, bazar ərazisində güllənmə hadisəsi qeydə alınıb.

Hüquq-mühafizə orqanlarından oxu.az-a bildiriblər ki, 16 yaşlı Elnur Süleymanovun AK markalı avtomat silahdan atəş açması nəticəsində 4 nəfər ölüb, 4 nəfər yaralanıb.

Ölən şəxslərin adları da məlumdur. Onlar Sadıxlı kəndinin sakinləri 1961-ci il təvəllüdlü Musayeva Şərqiyyə Süleyman qızı və iki oğlu - Şəmiddin Musayev Fərrux oğlu (1978) və Novruz Musayev Fərrux oğludur (1984). Həlak olan daha bir nəfərin şəxsiyyəti dəqiqləşdirilir. Onun təsadüfi güllənin qurbanı olduğu bildirilir.

Yaralılar isə Əhmədova Lilpar Baba qızı (1964-cü il təvəllüdlü), Abdullayev İbrahim Rasim oğlu (1999), İsayev Nüsrət Məhəmməd oğlu (1951) və Həsənov Rəsul Abbas oğludur (1961). Onların əksəriyyəti ayaqlarından güllə yarası alıb.

İlkin məlumata görə, qətl qisas məqsədilə törədilib. Belə ki, Musayev qardaşları 15 il əvvəl E.Süleymanovun atası və əmisini torpaq davası zamanı qətlə yetiriblər. E.Süleymanov neçə ildir ki qardaşların azadlığa buraxılmasını gözləyirmiş. Qardaşlardan biri hələ də həbsxanadadır.

E.Süleymanovun AK markalı avtomat silahı haradan əldə etdiyi də araşdırılır.

* * * * *

Ağstafada üç nəfər güllələnib.


Oxu.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə mübahisə zəminində baş verib.

Yaralılar da var.

Qətlin keçmiş məhkum tərəfindən törədildiyi bildirilir. Onun bu yaxınlarda azadlığa buraxıldığı deyilir.

Faktla bağlı araşdırma aparılır.





скачать dle 11.3
Mojo.az Banner