Mojo.az — elanlar
Son Xəbərlər
13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |     11:37 Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı  |     11:26 Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır  |     11:15 Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 20 dəfə artırılacaq  |     23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Moskvada xüsusi təyinatlının ölümü ilə bağlı daha bir erməni həbs olundu

10.06.2019 14:13 1 889
Moskvada xüsusi təyinatlının ölümü ilə bağlı daha bir erməni həbs olundu
Moskva məhkəməsi Baş Kəşfiyyat İdarəsinin keçmiş xüsusi təyinatlısı Nikita Belyankinin ölümü ilə nəticələnmiş davanın iddia olunan səkkizinci iştirakçısı barədə iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

Bu barədə TASS Krasnoqorsk şəhər məhkəməsinə istinadən məlumat yayıb.

“Krasnoqorsk şəhər məhkəməsinin qətnaməsinə əsasən, şübhəli Hamlet Romikoviç Ayrapetyan barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorluğun vəsatəti təmin edilib”, - deyə məhkəmədən bildiriblər.

Ona qarşı RF Cinayət Məcəlləsinin 213-cü maddəsinin ikinci hissəsi üzrə (qabaqcadan əlbir olma yolu ilə bir qrup şəxs tərəfindən törədilmiş xuliqanlıq) cinayət işi açılıb.

Qeyd edək ki, bundan əvvəl, ötən həftə sözügedən işlə bağlı yeddi nəfər həbs olunmuşdu. Onlardan biri – Sergey Xocanyan Belyankini qətlə yetirməkdə, qalanları isə xuliqanlıqda təqsirləndirilir.

Bundan əvvəl İstintaq Komitəsi kütləvi davada 10-a yaxın insanın iştirak etdiyini bildirirdi.

24 yaşlı Nikita Belyankin Krasnoqorsk rayonunun Putilkovo kəndində yerləşən pivəxanada düşən kütləvi dava zamanı öldürülüb. Keçmiş xüsusi təyinatlı kütlənin ayaqlar altına aldığı iki kişini müdafiə etməyə çalışıb və bu zaman döş nahiyəsindən ölümcül bıçaq zərbəsi alıb.

Son xəbərlər