Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

SMDTM rəhbərinin həbs müddəti uzadılıb

22.08.2024 14:55 936
SMDTM rəhbərinin həbs müddəti uzadılıb
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbiri müddəti uzadılıb.

"Report" xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilib.

Qərara əsasən, onun barəsində həbs qətimkan tədbirinin müddəti daha üç ay uzadılıb.

Xatırladaq ki, A.Məmmədli bu ilin aprel ayında saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Daha sonra Xətai Rayon Məhkəməsinin qərarı ilə A.Məmmədli barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər