Mojo.az Banner
14:58 Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər  |     14:47 Həkimdən valideynlərə TƏCİLİ XƏBƏRDARLIQ: Bu iynəni uşağınıza vurduranda diqqətli olun!  |     14:40 Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - FOTO  |     14:32 Piyadanı vuran sürücü həbs oluna bilər? – Vəkildən AÇIQLAMA  |     14:28 Ucuz torpaq alıb ev tikənləri hansı təhlükələr gözləyir?  |     13:36 "Yandex"in data mərkəzi vuruldu  |     12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |     12:39 Bu işlərdə çalışanların ödündə daş yaranır  |     12:37 Ölkədə inflyasiya ilə bağlı son rəqəmlər açıqlandı  |     12:36 Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb  |     12:35 Doğulan və ölənlərin sayı açıqlandı  |     12:34 Əhalinin gəlirləri artıb - Foto  |     12:32 Tanınmış şirkətdə milyonyarımlıq yeyinti: Həbs edilən var  |     12:30 Azərbaycanda ortaaylıq əməkhaqqı artıb - Foto  |     12:29 Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülh reallaşmış bir faktdır"  |     12:26 Xaçmazda mağazada yanğın - Hadisə yerindən görüntülər (Video)  |     12:26 Ağır cinayətlərin sifarişçisi olan "Dəyirman Vahid"ə hökm oxundu  |     12:21 Hörmüz boğazında neft tankerləri minaya düşdü  |     12:06 Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video  |     11:49 Borca görə həbs oluna bilərsiniz – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiya ilə sərhəddə əməliyyat - Polis postları quruldu

05.06.2019 23:36 2 062
Rusiya ilə sərhəddə əməliyyat - Polis postları quruldu
Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında “Sərhəd-sipər” əməliyyatlarına başlanılıb.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, genişmiqyaslı əməliyyatlar hüquq-mühafizə orqanları tərəfindən ölkənin şimal-qərb və şimalında, Rusiya dövləti ilə həmsərhəd rayonlarda keçirilir.  Artıq rayonların girişində polis postları qurulub. İyun ayının 3-dən start verilən əməliyyatların ümumilikdə 10 gün  davam etməsi planlaşdırılır.

Əməliyyatlar Rusiya ilə Azərbaycan Daxili İşlər Nazirlikləri arasında qəbul olunan razılaşmaya əsasən aparılır. Tədbirlərin əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrasıdır.скачать dle 11.3
Mojo.az Banner