Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |     14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Vaqif Əsədov plyonka haqqında: "Şayiə yayıb sürücüləri çaşdırmağa nə ehtiyac var?!"

30.05.2019 13:12 1 981
Vaqif Əsədov plyonka haqqında:
"Biz niyə qanunu müzakirə etməliyik!? Qanunda nə tələb olunursa, ona da əməl etməliyik".

Bu sözləri "Report"a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O, sürücüləri qanunvericiliyin bütün müddəalarına, o cümlədən plyonka ilə bağlı tələblərə əməl etməyə çağırıb:

"Əgər qanunla plyonkaların avtomobillərin yan şüşələrinə vurulması qadağan edilibsə, niyə həmin qanunun tələblərini pozmalıyıq?! Şayiə yayıb sürücüləri çaşdırmağa nə ehtiyac var?!"

Mövzu ilə bağlı "Report"un söhbət etdiyi ekspert isə bildirib ki, konstruksiya dəyişikliyi (pərdə və plyonkalar) ilə bağlı bəzi müddəalar dünya standartları ilə uyğun deyil: "Buna görə də yaxın vaxtlarda qanuna dəyişiklik edilməsi gözlənilir".

Qeyd edək ki, "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1 saylı Əlavəsində nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların və konstruksiya dəyişliklərinin siyahısı göstərilib.

Siyahını olduğu kimi təqdim edirik:

VII. Konstruksiyanın digər ünsürləri

1) Nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmuş arxanı göstərən güzgü, şüşə olmadıqda;

2) Səs siqnalı işləmədikdə;

3) Sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkildikdə.

Qeyd: Avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilir. Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.

Son xəbərlər