Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Vaqif Əsədov Nobel prospektindəki sıxlığın SƏBƏBİNİ açıqladı

06.03.2018 16:12 2 396
Vaqif Əsədov Nobel prospektindəki sıxlığın SƏBƏBİNİ açıqladı
Son zamanlar Bakı şəhər ərazisində yollarda sünı tıxacın yaranmasının səbəbi şəhərin müəyyən ərazilərində asfalt örtüyünün çəkilməsi və digər işlərlə bağlıdır.

Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, bu tıxacın yaranmasına səbəb olan amillərdən biri Babək prospektində aparılan yenidənqurma işləridir:

"İndi Babək prospektində hərəkət birtərəflidir. Bunun əsas yükü Nobel prospektinə düşür və bu səbəbdən pik vaxtlarda orada sıxlıq müşahidə olunur. Eyni zamanda, Nərimanov rayonu ərazisində yaşayış binalarının tikintisinə başlanılıb. Həmin ərazidə asfaltın qaşınması, kommunikasiya xətlərinin çəkilməsi işləri aparılır. Daha sonra Məhəmməd Hadi küçəsində asfalt örtüyünün çəkilməsi ilə bağlı məhdudiyyət var".

Son xəbərlər