Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Sürücülərin nəzərinə: Bu yolda hərəkət qaydaları dəyişdirildi - FOTO

08.05.2020 15:38 1 714
Sürücülərin nəzərinə: Bu yolda hərəkət qaydaları dəyişdirildi - FOTO
Bakının Tbilisi prospektində “Şamaxinka” adlanan ərazidə yol hərəkəti qaydalarında dəyişiklik edilib.

Bu barədə məlumat sosial şəbəkədə sürücülər tərəfindən paylaşılıb.

Paylaşım edən şəxs Sumqayıt istiqamətindən paytaxta giriş edən avtomobillər üçün “Şamaxinka”da “Alov” zavoduna çatmamış qoyulan geriyə dönmə nişanının ləğv olunduğunu qeyd edib.

Vurğulanır ki, bunu bilməyən sürücülər oradan geri döndüyü üçün cərimələnir.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a bildirib ki, sözügedən ərazidə yenidənqurma işləri çərçivəsində yol hərəkəti qaydalarına müəyyən dəyişikliklər edilib:

“Bakının “20 Yanvar” dairəsi kimi tanınan ərazisində nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı dəyişiklik edilməsi nəzərdə tutulub. Artıq müəyyən tədbirlər görülüb. Bildiyiniz kimi, sözügedən ərazidə yolun genişləndirilməsi, asfalt örütyünün yenilənməsi işləri aparılır. Sürücülər geri dönmək üçün “20 Yanvar” körpüsünün altından keçə bilər”.

Son xəbərlər