Mojo.az Banner
20:41 DTX-dən əməliyyat: Azyaşlıları dini ayinlərə cəlb edən şəxs saxlanıldı  |     20:33 Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır  |     20:23 “Sovetski”də söküntü ərazisindən meyit tapıldı  |     20:16 "Neftçi" Elvin Camalov ilə yollarını ayırdı - RƏSMİ  |     20:05 Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR  |     19:40 Üç yaşlı uşaq üçüncü mərtəbədən yıxıldı  |     19:17 Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? - AÇIQLAMA  |     19:06 Azərbaycanda 11 modul tipli məktəb quraşdırılacaq  |     18:46 Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan AÇIQLAMA  |     18:06 Donuz və həşərat mənşəli aroma vericilər Azərbaycanda da qadağan edilə bilərmi?  |     17:59 Xeyli dərman və siqaretin ölkəyə gizli keçirilməsinin qarşısı alındı  |     17:44 Bakıda dəbdəbəli toyu olan bəyin atası GÖRÜN KİM İMİŞ - FOTO  |     17:21 Azərbaycan-Ukrayna arasında hökumət rabitəsi üzrə sazişə dəyişiklik edilir  |     17:11 Bakı metrosunda qatarlararası intervallar azaldılır  |     17:03 Əfvə düşən 74 yaşlı qadın yenidən hakim qarşısında - Yeddi il həbs istənildi  |     16:43 Məktəblərdə dərslərin başlama saatı dəyişdirilir? - Nazir açıqladı  |     16:17 Tanınmış həkimdən məktəblilərlə bağlı xəbərdarlıq: Bu əlamətlər varsa, uşağı məktəbə göndərməyin  |     16:01 İrandan Azərbaycana paraplanla 65 kq narkotik keçirmək istədilər  |     15:56 Vəkil olmaq istəyənlərin nəzərinə: Test mərhələsinə sənəd qəbulu başladı  |     15:40 Bilik Günü Azərbaycanda 34 dərəcə isti olacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

COP29 vaxtı rayonlardan Bakıya giriş belə olacaq

08.11.2024 19:20 1 119
COP29 vaxtı rayonlardan Bakıya giriş belə olacaq
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Bakının nəqliyyat sektorunda bir sıra dəyişikliklər tətbiq ediləcək.

Median.Az
Musavat.com-a istiandən xəbər verir ki, COP29 günlərdə Azərbaycanın bölgələrindən rayon qeydiyyatlı avtomobillərin paytaxta gəlməsi üçün məhdudiyyət olmayacaq. Həmçinin, bölgələrdən gələn avtomobillər üçün şəhərin giriş postlarında yoxlamalar aparılmayacaq.

Bakıda bir sıra küçə və prospektlər üzrə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək.

Bakı-Salyan yolunun 14-cü kilometrliyindən şəhərə daxil olan nəqliyyat vasitələri Lökbatan dairəsi yaxınlığında təşkil olunan nəzarət postundan Bakı kənar dairəvi yolu istiqamətinə yönəldiləcək və oradan Badamdar istiqamətinə gedə biləcəklər.

Yasamal və "Şamaxinka" adlanan əraziyə daxil olmaq istəyən sürücülər isə bu istiqamətlərdə təşkil olunacaq postlardan fasilələrlə buraxılacaqlar. Beləliklə tədbir vaxtı Bakıda nəqliyyatın əsas hissəsi Biləcəri, Avtovağzal və Sumqayıt istiqamətinə yönəldiləcək.

Şamaxı-İsmayıllı istiqamətindən gələn nəqliyyat vasitələrinin hərəkəti Müşfiqabad-Xocəsən yolunda təşkil olunacaq postlarda qismən məhdudlaşdırılacaq. Onlar "Şamaxinka" ərazisindən geriyə dönmə ilə Ziya Bünyadov prospekti istiqamətində fasilələrlə buraxılacaqlar.

Quba-Sumqayıt istiqamətindən hərəkət edən nəqliyyatın hərəkəti Sumqayıt şəhərinin girişində yerləşən yanacaqdoldurma məntəqəsinin yanında təşkil olunacaq postda müvəqqəti azaldılacaq, fasilələrlə buraxılacaq.

Sumqayıt-Novxanı istiqamətindən gələn nəqliyyat vasitələri isə Binəqədi-Baksol yolunda təşkil olunacaq postdan fasilələrlə buraxılacaq.скачать dle 11.3
Mojo.az Banner