Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Avtomobillərdə pərdə qadağası başa çatdı

01.05.2018 13:43 3 690
Avtomobillərdə pərdə qadağası başa çatdı
Mayın 1-dən etibarən avtomobillərin arxa yan şüşələrinə jalüz pərdələrin vurulmasına icazə veriləcək.

Bunu oxu.az-a açıqlamasında Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Vaqif Əsədovun sözlərinə görə, avtomobillərdə ancaq standart pərdə və jalüzlərin istifadəsinə icazə veriləcək:

“Qəbul edilmiş standartlar üzrə mayın 1-dən etibarən minik avtomobillərinin arxa sağ-sol qapı şüşələrinə, yəni sükan arxasında əyləşmiş sürücünün kürəyindən arxada qalan şüşələrə (məsələn, avtomobillərin arxa qapılarının şüşələrinə) sənaye üsulu ilə hazırlanmış jalüzlər (pərdələr) çəkilməsinə icazə veriləcək.

Bəzi sürücülər buqələmun rəngli və yaxud güzgü tipli şüşələrdən istifadə edir və bu da yolverilməzdir.

Ancaq sənaye üsulu ilə hazırlanmış stnadart pərdə və jalüzlərin istifadəsinə icazə verilir.

Yol-hərəkəti qanununun tələbinə əsasən, istismar edilən nəqliyyat vasitələrinin şüşələrinə görünüşün məhdudlaşdırılması, şəffaflığı korlayan pərdələrin, plyonkaların quraşdırılaraq istifadə edilməsi yolverilməzdir və bunu edənlər inzibati məsuliyyətə cəlb edilir”.

Qeyd edək ki, tələblər üzrə nəqliyyat vasitələrində bu göstəricilər nəzərə alınmasa, sürücülər 150 manat məbləğində cərimə olunacaq.

Bu icazə noyabrın 15-nə qədər qüvvədə olacaq.

Son xəbərlər