Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu həftə “pərdə mövsümü” başa çatır

11.11.2019 19:44 1 785
Bu həftə “pərdə mövsümü” başa çatır
Bu həftə (15 noyabr) respublika ərazisində avtonəqliyyat vasitələrində ştorka və jalüzlərdən (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) istifadəyə verilən icazə müddəti başa çatacaq.

Median.Az xəbər verir ki, hər il mayın 1-dən noyabrın 15-dək sənaye üsulu ilə hazırlanmış pərdələrdən istifadəyə icazə verən qərar qüvvəyə minir.
Qeyd edək ki, nəqliyyat vasitələrinin arxa yan şüşələrinə, yəni sükan arxasında əyləşmiş sürücünün kürəyindən arxada qalan şüşələrə (məsələn, minik avtomobillərinin arxa qapılarının şüşələrinə) 1 may tarixindən 15 noyabr tarixinədək olan dövrdə sənaye üsulu ilə hazırlanan jalüzlər (pərdələr) çəkilməsinə icazə verilir.

Sürücünün sağındakı və solundakı şüşələrə (qabaq qapının şüşələrinə) jalüz çəkilməsi qadağandır. Nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 155.2-ci maddəsində 150 manat cərimə tətbiq olunur. (azvision)

Son xəbərlər