Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:27 Bakıda idmançı məşq zamanı öldü  |     16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək  |     15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var  |     15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır  |     14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib  |     14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |     13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |     12:57 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi - Video  |     12:56 Tanınmış xanım professor vəfat etdi  |     12:56 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?  |     12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |     12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |     12:32 Ararat Mirzoyan Bakıda həbsdə olan ermənilər barədə: "Müraciətlər olunub, lakin nəticə yoxdur"  |    
Mojo.az Avto
Mojo.az Avto

AQTA-nın mətbuat katibi xanım jurnalistlərə çağırış edib

06.05.2019 19:46 1 921
AQTA-nın mətbuat katibi xanım jurnalistlərə çağırış edib
Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva xanım jurnalistlərə müraciət edib.

Agentlikdən verilən məlumata görə, A.Fərziyeva bildirib ki, AQTA qida təhlükəsizliyi sahəsində nəzarət və tənzimləmə tədbirləri ilə paralel olaraq maarifləndirmə işlərini də həyata keçirir.

Məqsəd sağlam qidalanmanı təşviq etməklə əhalinin sağlamlığlını qorumaqdır: “Qadınların cəmiyyətdə və ailədə aparıcı qüvvə olduğunu nəzərə alaraq sizə müraciət edib, hamınızı bu statusda toplamaq istədim. Çünki qida təhlükəsizliyi bir qurumun yox bütöv bir cəmiyyətin problemidir. Peşənizi, cəmiyyətdəki mövqeyinizi və təsir imkanlarınızı nəzərə alaraq bu sahədə sizin də çox şey edə biləcəyiniz çox şey var deyə bilərik. Dəyərli xanım həmkarlarım, gəlin bu işdə gücümüzü birləşdirək. Sağlam gələcək sizdən, bizdən, hamımızdan başlayır. Övladlarınızı, sevdiklərinizi, ətrafınızdakı hər kəsi sağlam qidalanmağa yönəltməklə bizə dəstək olun və öz təkliflərinizi bizə yazın. Buradan, inboxda və ya istənilən platformada sizi dinləməyə və sizə hər cür metodiki köməklik etməyə hazırıq”

Qurum rəsmisi qeyd edib ki, bu sahədə birgə əməkdaşlığı genişləndirməyə ehtiyac var: “AQTA-nın qapıları hər zaman hər kəsin üzünə açıqdır. Həftədə və ya ayda bir dəfə vaxt təyin edib övladlarınızın da iştirakı ilə qeyri-rəsmi formatda görüşməyə nə deyirsiz? Bu istiqamətdə təkliflərinizi gözləyirik”.//Baku.ws

Son xəbərlər