Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Qida təhlükəsizliyi qeydiyyatı ləğv olunan sahibkarlıq subyektlərinin sayı AÇIQLANDI

22.04.2021 17:00 882
Qida təhlükəsizliyi qeydiyyatı ləğv olunan sahibkarlıq subyektlərinin sayı AÇIQLANDI
AQTA bu ilin ilk rübü ilə bağlı statistik məlumatları açıqlayıb.

AQTA-dan verilən məlumata görə, bu ilin ilk üç ayı ərzində qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması ilə bağlı 1 973 müraciət daxil olub.

Bu müraciətlərdən 1 884-ü ilə bağlı qərar qəbul edilib və həmin subyektlərə “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin Dövlət Reyestri”ndən çıxarışlar təqdim olunub. Bu dövr ərzində qanunvericiliyə uyğun olaraq qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən 60 sahibkarlıq subyektinin qida təhlükəsizliyi qeydiyyatı ləğv olunub.

Eyni zamanda qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərində "Yoxlamaların vahid məlumat reyestri"ndən alınmış çıxarış əsasında ümumilikdə qida təhlükəsizliyi tələbləri ilə bağlı 528 yoxlama keçirilib.

Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində qanunvericiliyə uyğun olaraq müvafiq qaydada inzibati tənbehvermə, zərərsizləşdirmə, məhvetmə, utilizasiya və məhdudlaşdırıcı tədbirlərə dair qərarlar qəbul edilib.

Qeyd olunan dövr ərzində qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə aparılan yoxlamalar və idxal-ixrac nəzarəti tədbirləri zamanı istehlak üçün yararsız ümumilikdə 775 229,206 kq, 83 838 litr və 6 398 ədəd məhsul məhv edilib, 219 459 kq məhsul zərərsizləşdirilib, 34 350 kq məhsul isə utilizasiya olunub.скачать dle 11.3
Mojo.az Banner