“Bu cür xəstəxanaların lisenziyası ləğv edilməlidir" - Elnarə Xəlilovadan ÇAĞIRIŞ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Cəlilabadda yol qəzasında xəsarət alanların vəziyyəti açıqlandı  |     22:31 Məhkəmədə Kəlbəcərin işğalı zamanı ermənilərin mülki əhalini atəşə tutması ilə bağlı ifadə verilib  |     22:22 Boşanmadan sonra kredit borcunu kim ödəməlidir?  |     22:17 Magistraturanın SABAH qrupları ləğv olunur  |     22:09 9 uşaq bağçası açılacaq  |     22:03 13 yaşlı "ağ" haker "Microsoft"a necə kömək edir?  |     21:57 Ermənistan Rusiyaya nota verdi  |     21:52 Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi  |     21:45 "Range Rover"i içkili idarə etdi, məhkəməyə gəlmədi - Cəza verildi  |     21:39 Pulsuz dərman 80 manata... - TƏBİB Əməkdar artistə cavab verdi  |     21:31 Süni intellekt 18 il övlad sahibi ola bilməyən qadının hamilə qalmasına kömək etdi  |     21:25 Sabiq rəis elektron qolbaqda gəzəcək  |     21:16 "Reo-Med Tibb Mərkəzi"də yoxlama - Pozuntular aşkarlandı  |     21:11 Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı  |     21:04 Tramp yeni gömrük rüsumları ilə bağlı məktubları ölkələrə nə vaxt göndərəcək?  |     20:59 Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? (VİDEO)  |     20:51 Okeanlarda milyon illər əvvəl baş vermiş hadisə təkrarlana bilər?  |     20:45 Andrey Bədəlov pəncərədən yıxılaraq öldü  |     20:37 Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT (VİDEO)  |     20:30 Faktiki hava açıqlandı  |    

“Bu cür xəstəxanaların lisenziyası ləğv edilməlidir" - Elnarə Xəlilovadan ÇAĞIRIŞ

Müğənni Elnarə Xəlilova “Baku Medical Plaza” klinikasının bağlanmasını tələb edib.

Median.Az
Baku.ws-ə istinadən xəbər verir ki, müğənni sözügedən xəstəxanada səhv diaqnoz səbəbilə vəziyyəti ağırlaşan 40 yaşlı Lətafət Xanoğlan qızı Şirəliyevanın başına gələnlərə münasibət bildirərkən belə bir çağırış edib:

“Bu cür xəstəxanaların lisenziyası əllərindən alınmalıdır və birmənalı bağlanmalıdır. Adam öldürdüklərinə görə hələ bir 35 min manat pul da alırlar. Mənim bir rəfiqəmi də az qalmışdı bu klinikada öldürsünlər. O da ana olmağa gəlmişdi. Qanı 1 müsbət olana mənfi 4 qan qrupu çıxarmışdılar, Allahsızlar. Təsəvvür belə etmək istəmirəm, əgər ona orada qan vurulsaydı, nələr ola bilərdi.

Yazıqlar olsun! Ar olsun belə həkimlərə. Adamı şikəst etməkləri azmış kimi, hələ bir pul da istəyirlər. Bunları məhkəməyə verib 117 min almaq lazımdı”.


Qeyd edək ki, Yenilik.az saytının yazdığına görə, Bakı şəhər sakini, 117 saylı orta məktəbin müəllimi 40 yaşlı Lətafət Xanoğlan qızı Şirəliyeva bu ilin martın 2-də “Baku Medical Plaza” klinikasının Babək filialında qeysəriyyə əməliyyatı ilə körpə dünyaya gətirib. Amma 12 illik övlad həsrətinin sevinci cəmi 10 gün çəkib, qadının qarnı şişib, hərarəti yüksəlib, şiddətli baş ağrıları başlayıb. Buna görə də təkrarən əməliyyatı həyata keçirən Türkiyədən gəlmiş həkim-ginekoloq Cəlaləddin Örnək xəstənin qanında hansısa mikrobun tapıldığını və müalicə ilə keçib gedəcəyini bilodirib. Həkimin təyinatına əsasən xəstə bir neçə gün antibiotiklər qəbul etsə də, vəziyyəti yaxşılaşmayıb. 3-4 gündən sonra təkrar klinikaya müraciət edəndə ailəyə bildiriblər ki, dəqiq diaqnozu yalnız MRT müayinəsindən sonra deyə bilərlər, bu müayinə isə yalnız klinikada edilməlidir. Başqa klinikada aparılmış MRT müayinəsinin nəticəsini qəbul etməyəcəklər. Şirəliyevanı MRT növbəsinə yazıblar, bəlli olub ki, növbə çox olduğundan xəstə günlərlə gözləməlidir.

Beləliklə daha 3 gün vaxt itirilib, nəhayət ailənin təkidi ilə qadını KT müayinəsindən keçiriblər. Müayinə zamanı xəstənin qarın boşluğunda maye müşahidə edilib. Mayenin çölə axması üçün xəstəyə drenaj qoşulub. Daha 2 gün keçir, xəstənin vəziyyəti yaxşılaşmaq əvəzinə daha da pisləşdiyini görüb qarın boşluğundan əməliyyat ediblər. Bu dəfə əməliyyatı yenə də türkiyəli həkim Taner Ercemik həyata keçirib.

Yalnız bu əməliyyatdan sonra məlum olub ki, xəstənin kor bağırsağı partlayıb və nəticədə iltihab qarın boşluğuna yayılıb. Buna görə də bağırsağıdan 12 sm. kəsib götürməli olublar. Xəstənin vəziyyəti yaxşılaşarsa,təkrar əməliyyat edəcəklər.

Beləliklə, xəstə yaxınları çoxsaylı analizlərə, əməliyyata və s. görə klinikanın kassasına 17 min manatdan çox vəsait ödəyiblər. Xəstəyə 2 litrə yaxın donor qanı köçürülüb, amma yeni ana olmuş qadının vəziyyəti daha da pisləşib. Xəstənin yaxınlarına bildiriblər ki, vəziyyəti kritik ağırdır, hər şeyə hazırlıqlı olun. Hətta xəstəni evə aparmağı məsləhət görürlər.

Klinikadan təqdim edilən arayışda göstərilir ki, L.Şirəliyevaya peritanit, septik şok, kəskin tənəffüs çatışmazlığı, ağciyərlərin kəskin respirator distres sindromu, laporatomiya sindromu diaqnozu qoyulub.

Hazırda xəstə yaxınları ilə yanaşı 117 saylı məktəbin müəllim kollektivi də klinikanın qarşısına toplaşıb, çarəsiz halda iş yoldaşlarından xəbər gözləyirlər. Kollektiv bu insanlıq dramına müdaxilə etmək üçün saytımız vasitəsilə Səhiyyə Nazirliyinin rəhbərliyinə müraciət edir, kömək istəyir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 392 03.05.19 19:09