Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır | 19:48 İspaniyaya üzən qayıqda 7 miqrant ölüb | 19:28 Paytaxtda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir | 19:14 17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - FOTO | 19:00 Gömrükdə işə düzəltmək vədi ilə 10 min manat aldı - Amnistiya ilə həbsdən azad edildi | 18:55 Oktyabrda 80 aptekdə yoxlama keçirilib | 18:49 Lamin Yamal qol və assist göstəricilərinə görə liderdir | 18:40 "Şəki Yaylası"nda faciəyə görə iki nəfər həbs olundu | 18:30 Bakıda Yeni il yarmarkaları təşkil olunacaq? | 18:16 Hesabı ödəməmək üçün burgerin içinə qızının saçını qoydu - Video | 18:08 Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI | 17:56 Mənzildə istilik borusuna müdaxilə edənlər nə qədər cərimələnə bilər? | 17:50 Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq | 17:36 İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı | 17:21 Son iki ildə dünyada 189 jurnalist öldürülüb | 17:17 İrandan Azərbaycana 136 kq narkotikin keçirilməsinin qarşısı alındı | 17:10 Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı - Anbaan video | 16:53 Ermənistanın ədliyyə naziri: "Qarabağı birləşdirmək kimi bir məqsədimiz yoxdur" | 16:15 Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda 10 yaşdan yuxarı qızlar məktəbdən yayındırılır? - VİDEO

02.05.2019 15:06 4 146
Azərbaycanda 10 yaşdan yuxarı qızlar məktəbdən yayındırılır? - VİDEO
Sosial şəbəkələr həyatımıza daha çox daxil olduqca, bundan xoş olmayan məqsədlərlə sui-istifadə edənlərin də sayı artır.

Elə bu günlərdə belə informasiyalardan daha biri diqqətimizi çəkdi. Səhifələrin birində belə bir məlumat paylaşılmışdı:

"Kürdəmirin Sığırlı kəndindəki C.Əsgərov adına tam orta məktəbində qızlar çox ciddi təhsil məhdudiyyəti yaşayırlar. Belə ki, ibtidai sinfi bitirmiş - on yaşdan başlayaraq bütün qızlar beşinci sinifdən etibarən evə qapadılır, təkbaşına həyətdən küçəyə belə çıxışına icazə verilmir. Çünki hər an qaçırılma təhlükəsi qarşısındadırlar. Valideynlərin edə biləcəyi və guya çıxış yolu qızları təhsildən yayındırmaqdır. Hətta təhsil almaq istəyən ailələr kənddən köçür. Bu isə çox az hallarda baş verir. Çünki oxumuş istənilən qıza əxlaqsız kimi baxırlar. Müəllimlər isə dərslərdə iştirak etməyən bütün qızlara "iştirak edir" və saxta qiymətlər yazır. Orta məktəbin buraxılış imtahanlarına belə buraxılmırlar və ya imtahana hamilə halda gedirlər. Qızların təhsildən yayındırılmasının heç bir kapital tərəfdən səbəbiyyəti yoxdur. Kənd əhalisi normal maddi şəraitdə yaşayırlar.

Sadəcə, qızlara qarşı ciddi təzyiqlər və istismar var. Onlar artıq yeniyetmə yaşdan - həddi-büluğa - 18 yaşa çatmamış evləndirilir”.

Diqqətimizi cəlb etdiyindən, bu məlumatı araşdırmaq qərarına gəldik. Bu məqsədlə xəbər etmədən Kürdəmir rayonunun Sığırlı kəndinə yollandıq. Məlum oldu ki, 8 min nəfər əhalisi olan kənddə cəmi bir məktəb fəaliyyət göstərir. Cabbar Əsgərov adına Sıgırlı kənd tam orta məktəbində ümumilikdə 1200-dən artıq şagird təhsil alır. Dərslər iki növbəli tədris olunduğundan, 5, 6 və 7-ci sinif şagirdləri ikinci növbə təhsil alırlar.

Apardığımız müşahidələr zamanı məlum oldu ki, qızlar dərslərdə iştirak edir. Şagirdlərin dediyinə görə, onların məktəbə gəlib-getməsində məktəb rəhbərliyi və valideynlər tərəfindən heç bir maneə yoxdur.

Məktəbin direktoru Bəycan Mürşüdov bildirib ki, şagirdlər tərəfindən bəzi hallarda dərsə gecikmələr olur. Bu isə şagirdlərin yolunun uzaq olması ilə bağlıdır. Bəzi şagirdlər məktəbə gəlmək üçün 4-5 km məsafə qət etməli olurlar.

Direktor da qeyd edib ki, qızların məktəbə gəlib-getməsində valideynlər tərəfindən heç bir maneə törədilmir: "Son 5 ildə məktəb şagirdlərindən qaçırılan və ya ailə quran da olmayıb”.

///Ona.az

Son xəbərlər