Mojo.az Banner
23:00 Çox qəhvə içmək risklidir: ürək döyüntüsü, təzyiq...  |     22:51 Paytaxtda usta iş yerində öldü  |     22:44 Evdə ayaqyalın gəzməyin  |     22:34 Azərbaycanda 40 dərəcə istilər artıq normaya çevrilir? - Meteoroloqdan açıqlama  |     22:27 Yarım milyon manatdan artıq dələduzluqda təqsirləndirilən əcnəbiyə hökm oxundu  |     22:22 Alim Qasımov açıq ürək əməliyyatı olunan Aqil Məlikovu ziyarət etdi (FOTO)  |     22:14 Azərbaycanlılar ən çox hansı sosial şəbəkədən istifadə edir? (YENİ SİYAHI)  |     22:09 Füzulidə geniş ərazidə yanğın başlayıb  |     22:00 Kirayə mənzillər 16 dəqiqə 22 saniyə ərzində seçilib - Birgə məlumat  |     21:51 Dondurma yayda ən yaxşı sərinləşdirici qidadır? - VİDEO  |     21:44 Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı  |     21:33 Türkiyənin ilk astronavtına general rütbəsi verildi  |     21:31 Gimnaziyanın 9-cu sinif şagirdi vəfat etdi  |     21:26 Türkiyədə tanınmış teleaparıcı həbs edildi  |     21:17 Tanınmış həkimin səs yazısı yayıldı - İDDİA (Audio)  |     21:13 Gecə klubunun qarşısında QƏTL - Detallar AÇIQLANDI  |     21:05 14 yaşlı oğlan kanalda boğuldu  |     20:59 Daha bir "Wildberries" kompleksi vuruldu  |     20:53 Putin Nikolay Baskova orden verdi  |     20:48 Qonşusunu döyərək hədə-qorxu gələn qadın bəraət aldı  |    
Left Banner
Right Banner

Taxt-tac davası pik həddə: İlhamə Quliyevanın varisi danışdı - VİDEO

01.05.2019 19:09 2 928
Taxt-tac davası pik həddə: İlhamə Quliyevanın varisi danışdı - VİDEO
Müğənni Roza Zərgərlinin Oxu.Az-a verdiyi müsahibə şou aləmində müzakirələrə səbəb olub.

Oxu.Az-ın xəbərinə görə, prodüser Tarix Əliyev (Tolik) “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” verilişinin bugünkü buraxılışını məhz bu məsələyə həsr edib.

R.Zərgərlinin mərhum sənətkar İlhamə Quliyeva ilə bağlı fikirləri verilişdə müzakirə olunub.

Belə ki, Zərgərli “İlhamə xanımın taxt-tacına namizədsiniz?” sualına belə cavab verib:

“İlhamə xanım diktator idi. O diktə etməyi çox sevirdi. Taxtını da, tacını da özü ilə aparıb. Heç kim də onun taxt-tacına göz dikə bilməz. Kimsə onun yerində oturmaq istəsə də bacarmaz. Məcazi mənada söyləyirlər ki, yeri boş qalıb.

İlhamə xanımın yerini heç kim doldura bilməz.

İlhamə xanım bir çox adamlara əl öpdürüb. Nə olsun ki, həmin insanlar onunla illərlə televiziyalarda davalar ediblər... Fakt odur ki, onun əlindən öpüblər”.

Tolik verilişdə Xalq artistinin yerini tutmaq istəyən bəzi müğənnilərin ünvanına sərt ifadələr işlədib:

“Ataların belə bir misalı var: “Atlar ölüb, itlərin bayramıdır”. Kimin ürəyi istəyir, çıxıb deyir ki, “mən İlhamə Quliyevanın yerinə gəlmişəm”.

Elə bil, İlhamə Quliyeva vəsiyyət eləmişdi ki, gedəndə seçim olsun və öz yerində kimisə görsün. Məncə, hər bir insan həyatda öz yerini tapmalıdır”.

Tolik taxt-tac məsələsinə nöqtə qoymaq üçün müğənni Roza Zərgərlini canlı efirə bağlayıb.

Roza mövzu ilə bağlı bunları söyləyib:

“Maqazin verlişlərinin birində mərhum xalq artisti İlhamə Quliyevaya bənzərliyimlə bağlı süjet verildi. Bunu rəhmətliyin özü də dəfələrlə söyləyib ki, mənə çox oxşayırsan. Özüm bu oxşarlığı görməsəm də, çox insanlar bənzədiyimizi deyir. Həmin süjetdə isə söhbət sənətdən, kreslodan getməyib. Bu süjetə baxan qeyri-peşəkar jurnalist özünə sərf edən kimi şərh edərək, yazıb. Kor-kor, gör-gör. Taxt-tac məsələsi haqda isə Oxu.Az-a müsahibəmdə aydınlıq gətirmişəm”.


Daha sonra Tolik mərhum xalq artisti İlhamə Quliyevanın yeganə varisi, bacısı Gülbahar xanımı telefonla canlı efirə qoşub.

“Bu gün müğənnilər İlhamə xanımın ifa etdiyi mahnılara klip çəkdirib, ruhunu şad etmirlər. Onlar İlhamə xanımın yerinə göz dikiblər. Bu sizi narahat edirmi?” sualına cavab verən Gülbahar xanım bundan narahatlığını dilə gətirib:

“İlhamə xanım bu söz-söhbətə layiq xanım deyildi. İlhamə xanım olmaq üçün onlar İlhamə qədər həyat yaşamalıdırlar. Heç kəs İlhamə xanım ola bilməz. Onlar İlhamə xanımın mahnılarını oxuya bilərlər, oxuyurlar oxusunlar, amma gözəl oxusunlar. “Tac” söhbəti qurtardı, indi onun “kreslo”undan danışırlar. Öz yolları ilə getsinlər. Sənətləri varsa, qoy, onunla məşğul olsunlar”.


Gülbahar xanımın bu çıxışı isə sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. İzləyicilərin çoxu onun bu kəlmələrini Rozaya aid etdiyini və ona eyham vurduğunu yazıb.



скачать dle 11.3
Mojo.az Banner