18:03 Qurbanovdan futbolçulara SƏRT CƏZA: "Qarabağ"lıların maaşlarından kəsiləcək  |     17:58 Azərbaycanın Omandakı səfirliyinin açılışı oldu  |     17:55 Ramiz Mehdiyevin nəvəsi Bakıda 630 min manatlıq maşınla gəzir - Video  |     17:44 Sentyabrda nağdsız ödənişlərin həcmi 24 faiz artıb  |     17:28 "Sədərək" və otellərdə ƏDV FIRILDAĞI - 7 milyon "yedilər"  |     17:22 Səfirlik Monteneqroda baş vermiş hadisələrlə bağlı açıqlama yaydı  |     17:12 Şirvanda zəlzələ olub  |     16:45 Tokiodan Nyu-Yorka 60 dəqiqəyə kosmik uçuşlar həyata keçiriləcək  |     16:34 “Sovetski”dəki tarixi binalar sökülür? - RƏSMİ  |     16:24 Hərbi xidmətdən qayıdıb 13 yaşlı qızla sevgili oldu: Spirtli içki verib, təcavüz etdi  |     16:05 Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     15:57 Bakıda sürücü sərxoş vəziyyətdə qəza törətdi - VİDEO  |     15:56 "Qarabağ" - "Çelsi" oyununun biletləri satışa çıxarılıb  |     15:43 Rusiya Silahlı Qüvvələri Dnepropetrovskda yaşayış məntəqəsini nəzarət altına aldı  |     15:40 Ramiz Mehdiyevin sadiq adamı Elton Məmmədov da istintaqa cəlb edilib - Milyonlar mənimsəyibmiş  |     15:39 Peskov: "Rusiya Putin və Əliyev görüşünün nəticələrini yüksək qiymətləndirir"  |     15:35 Azərbaycan və Türkiyə avtomobil nömrələrini qarşılıqlı tanıyacaq  |     15:34 İsmayıllıda biryaşlı qız faciəli şəkildə öldü  |     14:28 "Whatsapp" istifadəçilərinə xəbərdarlıq: Bunu etməsiniz, hesabınıza girəcəklər  |     14:15 Paşinyan Fransaya işgüzar səfərə yola düşüb  |    

Firuzə İbadova: İlhamə Quliyevanın oğlu Orxan mənə borcunu qaytarmadı

Bir neçə il öncə Əməkdar artist Firüzə İbadova mərhum Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova borc versə də, daha sonra qarşı tərəf aldığı yeddi min manat pulu geri qaytarmayıb.

Tədbirlərin birinə qatılan sənətçi Oxu.Az-ın əməkdaşı ilə söhbətində həmin məsələnin pərdəarxası məqamlarını gün üzünə çıxarıb:

“Orxan mənə olan borcunu qaytarmadı. Mənə borclu olan o pulu İlhamə Quliyevanın sənətinə görə Orxana halal etdim. Orxan uşaqdır, cavandır. Neyləyək, belə alındı. Eybi yoxdur. Dünya malı dünyada qalır. Halal xoşu olsun. Hər şeyin üstündən xətt çəkdim. Allah onun qapılarını üzünə açsın. Orxan da qaldı heç nəsiz. İlhamədən ona heç nə qalmadı. İlhamə onu övladlığa götürmüşdü. Heç olmasa ona nəsə verilməli idi”.

F. İbadova mərhum Xalq artisti İlhamə Quliyevanın taxt-tacına sahib çıxmaq istəyən bəzi ifaçılara da redaksiyamız vasitəsi ilə ikibaşlı mesaj ünvanlayıb:

“İlhamənin taxt-tacı heç kimə yaraşmır. O taxt-tac yalnız İlhaməyə yaraşırdı. Taxt-tac heç Sultan Suleymana belə qalmadı”.

Əməkdar artist müsahibəsinin sonunda mənzil şəraiti ilə bağlı yaşadığı çətinlikləri yada salıb, giley-güzar edib:

“İnsanın həyatında hansısa sıxıntı olanda… Allahın hökmü var. Sınaq. Bu kimi suallar olanda özümdən aslı olmadan qəhərlənirəm. Bu dünya sınaq məkanıdır, “zəmidir”. Ümid edirəm nə vaxtsa, mənim də “zəmim” bəhrəsini verər.

Bu gün də ayaqdayam. Bu il 65 yaşım tamam olur. Azərbaycan musiqi mədəniyyətində öz səviyyəmi qoruyub saxlayıram. Yəqin ki, bəhrəsi olar. Ev də olar, fəxri ad da olar. Olmasa da, mənim dəyərim tamaşaçılarım və dincləyicilərimdir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 071 09.12.19 19:42