Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Nadir Toliki insan alverində ittiham etdi

03.02.2018 14:14 5 251
Nadir Toliki insan alverində ittiham etdi
Nadir Qafarzadə “Instagram” səhifəsindəki paylaşımı səs-küy yaradıb.

Nadir ötən gün “Hər şey daxil” verilişində prodüser Tarix Əliyevin (Tolik) Xalq artisti Nazpəri Dostəliyevanın başına tac qoymasına münasibət bildirib.

Tolik bundan sonra sosial media hesabından Nadirə ismarıc göndərib. Nadir bu ismarıca biganə qalmayıb:

“Deyəsən, mənim ağzımın açılması zamanı gəlib. Mən İlhamə xanımın şəklini paylaşanda heç bir zir-zibilə söz atmaq fikrində olmamışam. Qələt eləyin, oturun yerinizdə. Hacılara, Moskvada yaşayan pullu kişilərə, bəzi “məmurlara” qız çıxarmamışam. Belə getsə, susmayacam. Amma kiminsə acı həqiqətlərini açıb söyləmək zamanı gəlib. Qadın müğənniləri satışa çıxaranlar, susun. Mənim qorxacağım bir şey yoxdur, amma siz yaxşı-yaxşı düşünün. Vaxt gələcək, adınız bir çox cinayətlərdə hallanacaq. Susun, məsləhət! Mən dəliyəm, məndə tormoz yoxdur”.

Prodüser Tolikin Xalq artisti Nazpəri Dostəliyevanın başına tac qoymasından sonra N.Qafarzadə sosial şəbəkədə mərhum Xalq artisti İlhamə Quliyevanın fotosunu paylaşaraq, Nazpəriyə söz atıb:

“Mənim ilk və son taclı sənətkarım. Sən dahisən. Yerin görünür”.

Daha sonra isə prodüser verilişdə müğənninin başına tac qoymasını qınayanlara “Instagram” səhifəsində cavab verib:

“Nazpərinin sənətinə nə olub ki, bəziləri belə yanıb tökülürlər? Əcəb etmişəm, əlimin içindən gəlib. Yaltaqlar... Mən İlhamə Quliyevanın sağlığında da Nazpəri xanımla danışırdım. Mənə heç kim qadağa qoya bilməzdi. Heç İlhamə xanımın özü də...

Bir çıxın xalq arasına, görün, Nazpəri qədər hörmətiniz var? Sonra danışarsınız. İlhamə xanım da mərd idi, bəziləri kimi yox. İndi bir çoxları çıxıb ki, biz onun yaxınıyıq. Sizi yanına aparsın”.//oxu.az

Son xəbərlər