Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 4 nəfər saxlanılıb

19.04.2019 15:50 3 676
Narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 4 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Binəqədi rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Əbdülqəlimov saxlanılıb, şəxsi axtarış zamanı ondan 50 qram, yaşadığı evdən isə əlavə 320 qram marixuana götürülüb.

Bundan başqa, Səbail RPİ 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvələr məhkum olunan Telman Mirzəyev saxlanılıb.
Onun əlindəki bağlamada 6 kq. 520 qram marixuana, 1 kq. heroin və 50,315 qram tiryək aşkar edilib.

Səbail RPİ 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Şemyakindən 450 qram marixuana götürülüb.

Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş F.Hüseynovdan 210 qram marixuana götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Son xəbərlər