Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda və regionlarda narkotiklərlə əlaqədar 6 nəfər saxlanılıb

25.03.2019 15:46 4 632
Bakıda və regionlarda narkotiklərlə əlaqədar 6 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E. Həsənovdan 510 qram heroin götürülüb.

Bundan başqa, Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini N.Əliyevdən heroin və 450 qram marixuana götürülüb.

Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Pirallahı qəsəbə sakini Q.Şərifovdan 405 qram marixuana aşkar edilib.

Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini R.Mahmudovdan 103 qramdan artıq heroin və 108 qram metamfetamin götürülüb.

Hacıqabul RPŞ əməkdaşlarının əməliyyat tədbiri nəticəsində rayon sakini Z.Abbasovdan 335 qramdan artıq marixuana götürülüb.

Ağcabədi RPŞ əməkdaşlarının əməliyyat tədbiri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş B.Tapdıqovun idarə etdiyi “VAZ-2106” markalı avtomobildən 1 kq. 464 qram marixuana aşkar edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb.скачать dle 11.3

Son xəbərlər